Icma.az
close
up
RU
Rizvan Nəbiyev Bağdadda görüşlər keçirdi

Rizvan Nəbiyev Bağdadda görüşlər keçirdi

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il  11-13 yanvar tarixlərində İraqın paytaxtı Bağdad şəhərində keçirilən təşkilatın Siyasi məsələlər üzrə daimi komitəsinin iclasında iştirak edib.

Modern.az-ın məlumatına görə, açılış mərasimində çıxış edən Rizvan Nəbiyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına son qoyulduqdan sonra regionda yeni siyasi vəziyyətin yarandığını, de fakto sülh və sabitliyin bərqərar olduğunu vurğulayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ermənistana təklif edilmiş sülh müqaviləsinin iki maddəsi istisna olmaqla ümumən razılaşdırıldığı, şərti dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyasının fəaliyyət göstərdiyi qeyd edilib.

Rizvan Nəbiyev çıxışında 1980-ci illərin sonlarında Ermənistan tərəfindən zorla qovulmuş Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına geri dönüş hüququ barədə danışıb və məsələnin sülh prosesindəki əhəmiyyətini həm humanitar, həm də siyasi aspektdən vurğulayıb. Deputat, bu qayıdışın yalnız humanitar hüquqların bərpası deyil, həm də regionda sülhün və qarşılıqlı etimadın möhkəmlənməsi üçün vacib bir addım olduğunu qeyd edib. 

Rizvan Nəbiyev çıxışında həmçinin hazırda Asiya regionunun üzləşdiyi çağırışlar və APA-nın bu çağırışların həllindəki roluna dair fikirlərini də bildirib. O, APA-nın Asiya regionunun daha sabit, firavan inkişafına töhfə üçün mühüm və böyük potensiala malik platforma olduğunu söyləyib. O, Azərbaycanın D8 təşkilatına üzv qəbul edilməsini dövlətimizin Asiya dövlələri və İslam Əməkdaşlıq üzvü dövlətlərlə əməkdaşlığa verdiyi dəyər kimi səciyyələndirib.

Komitə iclasının açılış mərasimində həmçinin İraqın Nümayəndələr Şurasının Xarici əlaqələr komitəsinin sədr müavini, Asiya Parlament Assambleyasının Siyasi məsələlər üzrə daimi komitəsinin sədri Cabbar Əl-Kənani, APA-nın baş katibi Mohammad Reza Majidi çıxış ediblər. 

İclasda yaxşı idarəçilik və qanunun aliliyi, dostluq və əməkdaşlıq vasitəsilə Asiyada tərəqqinin təmin edilməsi, demokratiya yolu ilə harmonik inkişaf və digər məsələlərdə parlamentin roluna həsr olunmuş 8 qətnamə layihələri müzakirə olunaraq qəbul edilib.

Daimi Komitənin iclası ilə yanaşı, APA Büro iclası və APA İşçı Qrupunun da iclasları keçirilmiş, təşkilatın Nizamnaməsinə dəyişiklik, 2025-ci il APA-nın fəaliyyət təqvimi barədə qərarlar verililib.

Səfər çərçivəsində Milli Məclisin deputatı Rizvan Nəbiyev və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri İraqın Nümayəndələr Şurasının sədri Mahmud Əl-Məşhədani tərəfindən qəbul edilib.

Azərbaycan Respublikasının İraq Respublikasındakı müvəqqəti işləri vəkili Elnur Məmmədzadə tədbirlərdə iştirak edib.

Qeyd edək ki, bu yaxınlarda APA-ya üzv ölkələrin parlament sədrlərinin ölkəmizə gəlməsi və 4-5 günlük tədbirin keçirilməsi barədə məsələ razılaşdırılıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see248

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see209

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see187

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see184

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see180

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see178

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see176

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see176

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see174

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see166

Rusiya itkilərinin 80 faizini bu şəhərdə verir

23 Avqust 2026 13:17see162

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see155

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see154

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see152

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see150

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see149

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see148

İlham Əliyev Şövkət Mirziyayevi təltif etdi

23 Avqust 2026 16:06see142

ABŞ də keçirilən tennis turnirinin finalçıları müəyyənləşib

23 Avqust 2026 13:29see142

Klub prezidenti təcili toplantı keçirdi, baş məşqçiyə “çıx get” söylədi! SON DƏQİQƏ

23 Avqust 2026 16:02see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri