Rizvan Nəbiyev: Avropa Rusiya Ukrayna müharibəsində atəşkəsə nail olmağa çalışsa da, bacarmır
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Azərbaycan-Türkiyə tandeminin sülhün və sabitliyin təminindəki gücü Pakistanın qoşulması ilə daha da artır".
Oxu.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rizvan Nəbiyev parlamentin bugünkü iclasında deyib.
O bildirib ki, 353 milyon əhali, 1.8 trilyon dollar ümumdaxili məhsul (ÜDM), 1.7 milyon kvadrat kilometr ərazisi olan üç qardaş dövlət yeni dünya düzəninin formalaşması ərəfəsində siyasi, iqtisadi və müdafiə məsələlərinə dair birgə mövqe formalaşdırırlar:
"Azərbaycan Prezidentinin sözləri ilə desək, "Üçtərəfli formatda birliyimizi bir daha təsdiqlədik. Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq". Digər regional hadisələrlə müqayisə Azərbaycan Prezidentinin hərbi və diplomatik strategiyasının nə qədər uğurlu olmasını bir daha təsdiqləyir. Bütün Avropa xüsusi intensivliklə uzun müddətdir ki, Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmağa çalışsa da, nail ola bilmir. Amma Azərbaycan 30 illik işğala öz resursları ilə son qoydu, şəhidlər verərək ərazi bütövlüyünü və suverenliyini bərpa etdi".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 30 May 2025 12:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















