Icma.az
close
up
RU
Rizvan Nəbiyev Dohada keçirilən APA nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib

Operativmedia portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il 22–25 dekabr tarixlərində Qətər Dövlətinə səfəri çərçivəsində dekabrın 23-də paytaxt Doha şəhərində keçirilən APA-nın Büdcə və Planlaşdırma üzrə Daimi Komitəsinin açılış mərasimində iştirak edib.
Operativ Media xəbər verir ki, açılış mərasimində Qətər Dövlətinin parlamenti – Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim, APA-nın baş katibi Mohammad Reza Majidi, Asiya Parlament Assambleyasının Prezidenti adından Milli Məclisin təşkilatdakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev, eləcə də APA-nın vitse-prezidenti, Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov çıxış ediblər.
Qətər Məşvərət Şurasının sədri Həsən bin Abdulla Əl-Ğanim çıxışında Asiya Parlament Assambleyasına uğurlu sədrliyinə və təşkilatın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Azərbaycan Respublikasının Milli Məclisinə xüsusi təşəkkürünü ifadə edib.
Rusiya Federasiyası Dövlət Duması sədrinin müavini Boris Çernışov öz çıxışında cari ilin fevral ayında Bakıda Milli Məclisin sədrliyi ilə keçirilmiş APA-nın 15-ci Plenar iclasında qəbul olunmuş, təşkilatın büdcəsi və üzvlük haqları ilə bağlı məsələlərin həllini ehtiva edən Qətnamənin əhəmiyyətini vurğulayıb.
APA Prezidentinin nümayəndəsi, Milli Məclisin deputatı Rizvan Nəbiyev çıxışında Milli Məclisin sədri Sahibə Qafarovanın iştirakçılara ünvanlanmış xoş arzularını çatdıraraq, müasir qlobal çağırışlar fonunda parlament diplomatiyasının artan rolundan, eləcə də Milli Məclisin sədrliyi dövründə APA çərçivəsində həyata keçirilmiş fəaliyyətlərdən bəhs edib.
Deputat Azərbaycanın malik olduğu əlverişli coğrafi mövqenin üstünlüklərini, yaradılmış müasir infrastrukturun Avropa ilə Asiya arasında əlaqələrin möhkəmləndirilməsində oynadığı mühüm rolu, habelə Orta Dəhliz vasitəsilə tranzit və nəqliyyat əlaqələrinin inkişafına yönəlmiş ardıcıl siyasəti diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 24 Dekabr 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri