Icma.az
close
up
RU
Milli Məclisin üzvü APA nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin iclasında iştirak edib

Milli Məclisin üzvü APA nın Siyasi məsələlər üzrə Daimi Komitəsinin iclasında iştirak edib

Icma.az bildirir, Sia Az portalına istinadən.

Milli Məclisin Asiya Parlament Assambleyasındakı (APA) nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev 2025-ci il dekabr ayının 4-də İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən təşkilatın Siyasi məsələlər üzrə Daimi Komitənin iclasında iştirak edib. SİA xəbər verir ki, açılış mərasimində İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf, APA-nın baş katibi Məhəmməd Rza Məcidi, Milli Məclisin APA-dakı nümayəndə heyətinin rəhbəri Rizvan Nəbiyev və Xorasan Rəzəvi vilayətinin Baş Qubernatoru Qolamhüseyn Moazzəffəri çıxış ediblər.

R.Nəbiyev çıxışında parlament diplomatiyasının artan əhəmiyyətini vurğulayaraq Milli Məclisin sədrliyi dövründə APA-nın fəaliyyəti barədə məlumat verib. O bildirib ki, bugünkü mürəkkəb qlobal mühitdə parlament diplomatiyası beynəlxalq münasibətlər sistemində multilateralizmin təşviqi üçün mühüm əhəmiyyət kəsb edir. APA kimi parlament assambleyaları həm regional, həm də qlobal səviyyədə qarşıda duran çağırışların həllində aparıcı qurumlardan birinə çevrilməkdədir.

Deputat Zəngəzur dəhlizinin Orta Dəhlizin vacib seqmenti kimi əhəmiyyətindən danışaraq onun Şərq–Qərb və Şimal–Cənub nəqliyyat-ticarət əlaqələrinin intensivləşməsindəki potensial rolunu qeyd edib. O bildirib ki, Şərq–Qərb və Şimal–Cənub dəhlizləri kimi əlaqələndirici layihələr Azərbaycan ərazisindən keçir: "Azərbaycan tərəfi həmçinin əmindir ki, Zəngəzur dəhlizi yaxın zamanda Şimal–Cənub Dəhlizinin mühüm seqmentinə çevriləcək və bu da sülhün, çoxtərəfli tərəfdaşlığın möhkəmlənməsinə töhfə verəcək. Zəngəzur dəhlizi Azərbaycanın sərhədlərinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularına fayda verəcək".

Sonra Daimi Siyasi Komitə işini müxtəlif qətnamə layihələrinin müzakirəsi və digər nümayəndə heyəti rəhbərlərinin çıxışları ilə davam etdirib. "Demokratiya yolu ilə harmonik inkişaf", "Dostluq və əməkdaşlıq vasitəsilə Asiyada rifahın qurulması" , "Uğurlu parlament təcrübələri", "Asiya parlamentlərinin və hökumətlərinin birlikdə Asiyada rifahın naminə fəaliyyətləri" və digər mövzuları əhatə edən qətnamələr qəbul edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri