Robert Abela üçüncü dəfə Maltanın Baş naziri seçilib
Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Abela and içərək rəsmi olaraq üçüncü dəfə Baş nazir vəzifəsinin icrasına başlayıb
Maltada Leyborist Partiyasının lideri, Baş nazir Robert Abela üçüncü dəfə bu vəzifəyə yenidən seçilərək and içib. AYNA.AZ xəbər verir ki, bu barədə "The Times of Malta" qəzeti məlumat yayıb.
1 iyunda Abela Prezidentin və ailəsinin iştirak etdiyi mərasimdə and içərək rəsmi olaraq üçüncü dəfə Baş nazir vəzifəsinin icrasına başlayıb.
Rəsmi hissədən sonra Abel Baş nazirin ofisinə gedib, Valletta küçələrində bu münasibətlə toplaşan tərəfdarlarını salamlayıb və onlarla şəkil çəkdirib.
Ötən həftə sonu Maltada keçirilən növbədənkənar ümumi seçkilərdə Leyboristlər partiyası ardıcıl dördüncü dəfə qalib gəlib.
Robert Abela 2020-ci ildən bəri Baş nazirdir və onun Leyborist Partiyası 2013-cü ildən hakimiyyətdədir.
Abela, jurnalist Dafne Karuana Qaliziyanın qətlindən sonra yaranan siyasi böhran fonunda istefa verməyə məcbur olan Cozef Muskatı əvəz etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 02 İyun 2026 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















