Robert Köçəryan: İran dostumuzdur, ürəyimizə yaxındır
Icma.az bildirir, Sherg.az portalına istinadən.
“İran təkcə Ermənistanın qonşusu və dostu deyil, həm də onunla ortaq maraqlarımız var”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan deyib.
Onun sözlərinə görə, Ermənistan Rusiya və İranla üçtərəfli müttəfiqlik formatı qurmalıdır.
“Rusiya ilə münasibətlər - tərəfdaşlıq, müttəfiqlik və strateji əməkdaşlıq bərpa olunmalıdır, İran da bura daxil edilməlidir. İran da bizim üçün dost ölkədir. (İranla) Təkcə qonşu olduğumuza görə mehriban deyilik, həm də burada ümumi maraqlarımız var. Ermənistan-Rusiya münasibətlərini İranı da daxil etməklə üçbucaqlı etməliyik.
İndi bu regionda rol oynaya biləcək üç dövlət var: Rusiya, Türkiyə və İran. Hansı ölkə ürəyimizə daha yaxındır? Hansı ölkə ilə iqtisadi əlaqələrimiz daha güclüdür?”, - Köçəryan bildirib.
Sabiq prezident qeyd edib ki, Rusiya və İran Ermənistana daha yaxındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 19 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















