Icma.az
close
up
RU
Məhkəmədə Robert Köçəryan ifşa olundu

Məhkəmədə Robert Köçəryan ifşa olundu

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Arutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 14-də davam etdirilib.

Axar.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmənin baxış iclası zamanı Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev Azərbaycanın suveren ərazilərinin Ermənistan tərəfindən işğalı ilə bağlı ibtidai istintaq zamanı toplanmış sənədləri, o cümlədən hadisə yerinə baxış protokolları, onlara əlavə olunan fotomaterialları, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ibtidai istintaq zamanı 1990-cı illərin əvvəllərində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmiş erməniəsilli şəxslərlərlə bağlı ekspert rəylərini açıqlayıb.

Vurğulanıb ki, SSRİ Baş prokurorunun böyük köməkçisi, II dərəcəli dövlət ədliyyə müşaviri Nikolayev tərəfindən Azərbaycan əraziləri olan Xocalı, Şuşa və Xankəndidə ermənilərin müxtəlif cinayətlər törətmələri faktları ilə bağlı 1988-ci il sentyabrın 19-da Azərbaycan SSR-in Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaqın aparılması SSRİ Prokurorluğunun istintaq qrupuna həvalə edilib.

SSRİ Baş Prokurorluğunda başlanmış cinayət işində vaxtilə şahid qismində dindirilmiş Artur Abramyanın elan olunmuş ifadəsinə əsasən, Qarabağdakı mitinqə Arkadi Manuçarov, Zoriy Balayan, Henrik Poqosyan, Maksim Babayan, tikinti idarəsinin rəisi Roles Aqacanyan, Vladik Sarkisyan və tanımadığı digər şəxslər rəhbərlik ediblər. Murad Petrosyan və Serj Sarkisyan aralarındakı razılaşmaya əsasən Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrinin silahlandırılmasını həyata keçiriblər.

Bundan başqa, Azərbaycan ərazilərində olan qanunsuz erməni silahlı birləşmələrinə maddi yardım Yerevan şəhərindən edilib, pul vəsaitlərini Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanın müavini Vazgen Manukyan öz adamları vasitəsilə Azərbaycan ərazilərinə göndərib. Həmin pulları Azərbaycan ərazilərində Robert Köçəryan qəbul edərək qanunsuz erməni silahlı birləşmələrinə paylayıb. Eləcə də Şuşa-Xankəndi avtomobil yolunun 14-cü kilometrliyində - Xəlfəliçay çayının üzərindən keçən körpünün partladılması barədə göstərişi Murad Petrosyan verib.

Həmin cinayət işi üzrə Azərbaycanın vaxtilə Ermənistan tərəfindən işğal edilmiş suveren ərazilərində mövcud olmuş qondarma rejimin “müdafiə naziri”, “Təhlükəsizlik Şurasının katibi” olmuş Samvel Babayan ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində 1990-1991-ci illərdə verdiyi ifadələrində bildirib ki, 1991-ci ilin aprelində Yevlax-Laçın avtomobil yolunda mülki sərnişin avtobusunu partladan Samvel Baqmanyan Murad Petrosyanın ümumi rəhbərlik etdiyi qanunsuz erməni silahlı birləşmələrinin üzvü olub. M.Petrosyan isə Robert Köçəryanın komandasına xidmət edib.

Şahid qismində dindirilmiş Yuriy Cahangiryan ifadəsində göstərib ki, Qarabağ İpək Kombinatında partiya təşkilat katibi vəzifəsində çalışan Robert Köçəryan “Krunk” adlı erməni millətçi təşkilatının fəal üzvü kimi çıxış edərək, azərbaycanlılara qarşı milli ədavət və düşmənçilik ideyalarının təbliğinə başlayıb.

Bundan sonra məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların təqsirləndirilən şəxslərə suallar vermələri ilə davam etdirilib.

Təqsirləndirilən Arkadi Qukasyan elan olunan ifadələr və təqdim edilən digər sübutlarla bağlı dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırmaq üçün məhkəmədən növbəti iclasadək ona vaxt verilməsini xahiş edib.

Məhkəmə iclasına sədrlik edən hakim onun xahişini nəzərə alıb və növbəti məhkəmə iclasında sualları cavablandırmasına şərait yaradılacağını bildirib.

Daha sonra təqsirləndirilən şəxs Arayik Haruyunyan dövlət ittihamını müdafiə edən Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin, dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin suallarını cavablandıraraq deyib: “1990-cı illərdə Robert Köçəryan, Murad Petrosyan, Manuçuryan və digərləri Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində mitinqləri təşkil edənlər və “hərəkat”ın önündə gedənlər olublar”. O, 1988-1990-cı illərdə Xankəndidə yaşayan azərbaycanlıların evlərini necə qoyub getmələrini də xatırladığını bildirib və əlavə edib: “Körpünün (Xəlfəliçay üzərindəki körpü – red.) partladılmasını da xatırlayıram”.

O, hansısa küçədə azərbaycanlıların evlərinin yandırılması, qətllər, qarətlər barədə eşitdiyini bildirib. Buna baxmayaraq, təqsirləndirilən şəxs hadisələrin məhkəmədə açıqlanan miqyasda olması barədə məlumatsız olduğunu iddia edib və qeyd edib: “Bilmirdim ki, bu qədər qətl, zorakılıq olub. Cinayət işlərinin açılmasından da məlumatsız idim. Eşidirdim, görürdüm ki, Xankəndidə azərbaycanlıların hərəkət etmələrində, məsələn, dükandan nəsə almalarında problem var idi. Oradakı azərbaycanlıların evlərindən getmələrinə gəlincə, dəqiq budur ki, onlar bunu könüllü etməyiblər”.

Təqsirləndirilən şəxs qətllərin olmasını da təsdiqləyərək deyib: “Bəli, çoxlu qətllər, hətta ermənilərin erməniləri öldürdükləri faktlar da olub. Yəni, ermənilər təkcə azərbaycanlılara qarşı olmayıblar, orada məişət, siyasi zəmində ermənilərin erməniləri öldürmələri halları olub. Xankəndidə, Qarabağda yüksək vəzifəli şəxsi öldürüblər”.

A.Harutyunyan Xankəndidə öldürülən vəzifəli şəxsin adını da açıqlayıb və əlavə edib: “Adı Valeri Qriqoryandır. Onun qətli ilə bağlı müxtəlif versiyalar var. Biri o idi ki, o, Bakıya gedərək azərbaycanlılarla görüşüb. İkinci versiya o idi ki, vəzifə üçün öldürülüb. Fakt bu idi ki, Bakıdan qayıdandan sonra öldürülüb, deməli, birinci variant daha uyğundur”.

O, dindirilmə zamanı Samvel Babayanın 2000-ci ildə Arkadi Qukasyana qarşı sui-qəsd törətməsindən də danışıb, onu məcburiyyətdən “Təhlükəsizlik şurası”nın “katibi” təyin etdiyini bildirib.

A.Harutyunyan Murad Petrosyanı isə 2010-2012-ci ildən sonra tanıdığını bildirib: “Ondan əvvəl isə onun barəsində eşitmişdim. Bir neçə il əvvəl öldü. Petrosyanla bir komandada olmamışıq. O, mənə qarşı olub. Biz əks qütblərdə olmuşuq”.

Bu zaman məhkəmədə sənəd tədqiq olunub. Sənədə əsasən məlum olub ki, A.Harutyunyan M.Petrosyan vəfat edərkən başsağlığı verib, onu barəsində xoş sözlər yazıb, fəaliyyətini yüksək qiymətləndirib.

Təqsirləndirilən şəxs Levon Mnatsakanyan isə Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin və Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Xəlfəliçay üzərindəki körpünün partladılması barədə eşitdiyini deyib. O, məhkəmədə əməlləri sadalanan Murad Petrosyanla ünsiyyətinin olmadığını da vurğulayın və bildirib: “O, 2020-ci ildə Xankəndidə yolu bağlayan etirazçıları müdafiə edirdi”.

Ardınca dövlət ittihamçısı Təranə Məmmədova tərəfindən Bako Sahakyan və David İşxanyana suallar verilib.

Təqsirləndirilən şəxs Bako Sahakyan körpünün partladılmasını pislədiyini qeyd edərək deyib: “Bu kimi halları tənqid edir və piləyirəm”.

Təqsirləndirilən şəxs David İşxanyan suallara cavab verərkən Xəlfəliçay çayı üzərindəki körpünün partladılması hadisəsi barədə məlumatsız olduğunu, bu barədə ilk dəfə məhkəmədə eşitdiyini bildirib.

Daha sonra məhkəmədə Bağanıs-Ayrım epizodu üzrə hadisə yerinə baxış protokolları, zərərçəkmiş şəxslərin və onların hüquqi varislərinin ifadələri, habelə ekspertiza rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://axar.az
archiveBu xəbər 14 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see236

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see200

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see199

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see198

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see197

Bakıda problem: Çətirlər yağış üçün yox, kondisioner suyu üçün açılır (VİDEO)

09 Avqust 2026 10:21see197

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see195

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see194

Tələbələr yaşamadıqları mənzilin kirayəsini ödəyirlər? − Video

09 Avqust 2026 11:17see191

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see189

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see185

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see181

SOCAR KBR in meneceri Binəqədi 38 MMMC də dərəbəylik yaradıb…

10 Avqust 2026 11:11see177

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see176

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see176

Sabir Rüstəmxanlının çin olan kədərli yuxusu...

10 Avqust 2026 07:00see175

Maqnit qasırğaları haqda BİLMƏDİKLƏRİMİZ: İnsanlar və texnika üçün nə dərəcədə təhlükəlidir

09 Avqust 2026 00:59see172

Azərbaycan bundan hər il 3 milyard dollar qazanacaq FOTO

08 Avqust 2026 23:09see171

Tramp: ABŞ İranla yarımçıq danışıqlar aparır

10 Avqust 2026 01:07see170

Kredit kartı şifrəsində 0 rəqəmi olanlara xəbərdarlıq edildi

09 Avqust 2026 00:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri