“Robinzon Kruzo və Cümə”nin aktyorları eyni gündə öldü
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur aktyor Serhat Kılıçın ölümündən sonra onun illər əvvəl rol aldığı filmlə bağlı diqqətçəkən təsadüf üzə çıxıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, “Robinzon Kruzo ve Cuma” filmində onunla baş rolu bölüşən Malavi əsilli aktyor Con Nyambinin də məhz sentyabrın 5-də həyatını itirdiyi məlum olub.
Belə ki, filmdə Robinzon Kruzo obrazını Serhat Kılıç, Cuma obrazını isə Con Nyambi canlandırıb. Nyambi 5 sentyabr 2017-ci ildə, Kılıç isə düz 9 il sonra – 5 sentyabr 2026-cı ildə vəfat edib.
Con Nyambi 2010-cu ildə təhsil almaq üçün Türkiyəyə gəlib və Karadeniz Texniki Universitetinin Biologiya fakültəsində oxuyub. O, 24 yaşında böyrək çatışmazlığı səbəbindən doğulduğu Malavidə həyatını itirib. Nyambi Türkiyədə qatıldığı istedad yarışması ilə də tanınıb. O, Türkiyəyə sevgisini ifadə edərkən “Əcnəbi ola bilərəm, amma ürəyim qırmızı-ağdır” sözlərini işlədib.
“Ezel”, “Seksenler” və “Kuruluş Osman” kimi məşhur ekran işlərində rol alan 51 yaşlı Serhat Kılıç isə sentyabrın 5-də İstanbulda yaşadığı evdə ölü tapılıb. Onun dəqiq ölüm səbəbi araşdırmalardan sonra açıqlanacaq. Aktyorun sentyabrın 7-də Muhsin Ertuğrul səhnəsində anım mərasimi keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 08 Sentyabr 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















