Icma.az
close
up
RU
“Qara cümə”nin xeyri...

“Qara cümə”nin xeyri...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

50 ildən artıq yaşı olan ənənənin görünməyən tərəfləri

Hər il noyabr ayı bütün dünyada butik şəbəkələrdə, böyük elektrotexnika mağazalarında böyük endirimlərlə yadda qalır. Bu ayda həm Beynəlxalq Shopping Günü, həm də “Black Friday” adlandırılan “Qara Cümə” günü münasibətilə qlobal ticari məkanda böyük endirimlər tətbiq olunur. İnsanlar bu endirimlərdən maksimum dərəcədə yararlanırlar. İslam dünyasında problemə çevrilən “Qara Cümə” günü dünya miqyasında daha da məşhurlaşır. Dinimizdə müqəddəs olan cümə gününün belə adlandırılması müsəlmanlara heç də xoş gəlmir, başqa sözlə, birmənalı qarşılanmır.

İlk “endirim” - hər şey 5 sentə...

Endirimli ticarət ənənəsi Amerikada XIX əsrdə yaranıb. İri ticarət şəbəkələri Yeni il öncəsi böyük endirimlər edir, alıcıları stimullaşdırır və bonuslar, hədiyyələrlə mükafatlandırırdılar. Bunun banisi də 1852-ci ildə anadan olmuş Frenk Vulvort sayılır. Məhz endirim fikrini ilk dəfə o, irəli sürüb. Pensilvaniya ştatının Lankaster şəhərində kiçik dükanda satıcı köməkçisi işləyən qaradinməz oğlan qiymətləri aşağı sala bilmədiyi üçün əsəb keçirirdi. O dövrdə malların üzərində qiymət olmurdu və satıcılar hər müştəriyə bir qiymət deyirdilər. Bir dəfə satıcı, səfərdə olan Frenk bir fikrə gəlir. O, bütün mövsüm mallarını piştaxtaya düzür və yanına “Hər şey 5 sent” yazısını qoyur. Bu, ilk endirim idi!

Nə üçün “Qara cümə”?

Uğur qazandıqdan sonra Frenk XX əsrin əvvəlində ilk pərakəndə satış şəbəkəsini qurur. 1951-ci ildə isə “Factory Management and Maintenance” jurnalı maraqlı tendensiya qeydə aldı. “Şükran Günü”ndən sonra işçilər sağlamlıqlarına görə icazə alır, əslində isə özlərinə 4 günlük istirahət ayırırdılar. Bunun səbəbi də dükanları gəzib endirimlərdən faydalanmaq idi.

Amma məhz “Qara Cümə” termini ilk dəfə 1966-cı ildə Filadelfiyada ortaya çıxdı. Bu terminin yaranması ilə bağlı iki versiya var.

Birinci versiyaya əsasən, “Şükran Günü”nün ertəsi yollarda böyük tıxaclar yaranıb. Dükanlara axın zamanı əzilənlər olub. Bu səbəbdən bu gün “Qara cümə” adlandırılıb. İzdihamlara görə ölənlərin olduğu da deyilir. Məhz eyni gün Filadelfiya polisi qeyri-adi tıxaclara və izdihama görə bu günü “Black Friday” adlandırıb.

İkinci versiya mühasibatlıqla əlaqəlidir. Bu gün mühasibat hesabatları təqdim edilib. Şirkətin ziyanı qırmızı, gəlirləri isə qara mürəkkəblə qeyd edilib. Endirimlər günündə gəlir çox olduğu üçün hesabatda qara rəng daha üstün olub.

Başqa bir iddia isə “Black Friday” günü dükanların qapılarını gün çıxmadan əvvəl açmalarıdır.

İstehlakçıların ən çox aldadıldığı gün...

Səslənən bəzi iddialara görə, “Qara cümə”də müxtəlif mağazalarda kütləvi endirimlərin olması o demək deyil ki, satışda olan məhsullar tam olaraq istifadəyə yararlıdır. Belə ki, böyük endirimlər mağazalara çoxsaylı alıcıların axışması ilə nəticələnir. Bu zaman endirimlə satılan məhsulların yoxlanılmasına fikir verilmir. Son nəticədə isə alıcılar “Qara cümə”də böyük endirim əldə etdiklərini hesab etsələr də, yarasız məhsullara pul xərcləyirlər.

Alıcıların ən çox aldadıldığı gün

Sualımızı cavablandıran Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, “Qara cümə” günü bütün dünyada istehlakçıların ən çox aldadıldığı gündür: “Qara cümənin tarixi 18-ci əsrə gedir. 1952-ci ildə qara cümə günü təşkil olunan zaman satışda heç bir zərər olmamışdı, satıcılar bundan xeyir qazanmışdılar. Qara cümə günü əslində hüquqlarını bilməyən, marketoloqların tələsinə düşən insanların aldadıldığı gündür”.

Qüsurlu mallar satılır...

E.Hüseynov bildirib ki, ən keyfiyyətsiz, standartlara uyğun olmayan, istehsal zamanı qüsuru olan mallar bu gündə satılır: “Bu, ərzaq mallarında özünü büruzə vermir, çünki müəyyən partiya ilə buraxılan ərzaq malları standartlara uyğun olur, saxta mal olmur, yəni istehlakçını aldatmaq imkanı burada azdır. Sənaye mallarında, xüsusən də texniki avadanlıqlarda istehlakçılar daha çox aldadılırlar”.

Şikayətlərin məzmunu eynidir

Ekspert qeyd edib ki, insanlar aldıqları malın sonradan yararsız olduğunu görürlər. Qaytarmaq istədikdə isə mağaza malın “qara cümə”də alındığını bəhanə edərək malı qaytarmaqdan imtina edir. Qanunvericiliyə görə isə istehlakçının kassa çeki ilə malı qaytarmaq hüququ var: “İstehlakçılara məsləhət görürəm ki, “qara cümə” günü mal alanda sevinməsinlər, xüsusən mürəkkəb texniki vasitələr alanda satıcının yanında onun bütün düymələrini yoxlayıb işlək olduğundan əmin olsunlar”.

Yeganə BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Noyabr 2024 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1380

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see670

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see522

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see510

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see497

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see477

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see451

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see433

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see426

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see414

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see398

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see396

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see357

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see345

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see337

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see337

Naxçıvanda 400 dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib

05 Oktyabr 2026 21:37see322

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see310

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see307

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see269
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri