Icma.az
close
up
RU
Robotlar işçilərin yerini tutur: Bəs adamlar?

Robotlar işçilərin yerini tutur: Bəs adamlar?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son illər dünyanın bir çox inkişaf etmiş ölkələrində işçi ixtisarları kütləvi hal alıb. 

Belə ki, sənayedə və digər əl əməyi tələb olunan sahələrdə kütləvi robotlaşma və avtomatlaşdırma kütləviləşir. 

Bəs bu proses ölkəmizdə necə təsir edəcək? 

Mövzu ilə bağlı iqtisadçı-alim Vüqar Qocayev "Cebheinfo.az"-a açıqlamasında deyib ki, yaxın 30 ildə dünyada milyonlarla işsizlər ordusu olacaq: 

"Dünyada texnologiya inkişaf etdikcə, əl əməyinə tələbat azalır. 20 il əvvəl olan bir cox peşələr indi yoxdur. Ölkəmizdə də son illər bu tendensiya özünü göstərir. Nəticədə işsizlərin sayı atır. Ona görə müxtəlif məşğulluq proqramları icra edilməlidir”. 

O bildirib ki, işsizlikdən sığorta sistemi effektiv olmalıdır: 

“İşsiz şəxslərə altı aylıq məvacib ödənilir, lakin bu müddətin uzadılması və itirilmiş əməkhaqqına uyğun iş təkliflər müzakirə edilməlidir. Avropa ölkələrində işsizlikdən sığorta daha ədalətli tətbiq olunur. Robotlaşma və avtomatlaşdırmanın təsirini azaltmaq üçün də yeni həll yollarına ehtiyac var". 

O qeyd edib ki, əmək bazarının inkişafı üçün işsizlərə kompensasiya ödənilməlidir: "Mövcud qanunvericiliyə əsasən, iş yerini itirmiş şəxslər altı ay müddətində işsizlikdən sığorta məvacibi ödənilir. Bu məvacib işçinin itirdiyi iş yerindəki əməkhaqqına uyğun təyin olunur və sığorta hadisəsi olaraq qiymətləndirilir. Altı ay müddətində həmin şəxsə uyğun iş təklif edilməlidir. Əgər bu şəxs həmin işdən üç dəfə imtina edərsə, işsiz statusu itirilir və məvacib dayandırılır. Lakin bəzi hallarda iş axtarışı altı aydan daha çox vaxt tələb edir. Belə olduqda, məntiqlə işsiz şəxsin yaşayışını təmin etmək üçün məvacib ödənilməlidir”. 

Həsən Məmmədov 
"Cebheunfo.az"

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Noyabr 2024 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see294

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see292

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see280

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see259

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see251

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see246

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see239

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see235

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see229

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see228

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see205

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see201

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see200

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see198

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see198

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see196

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see185

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see184

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri