Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Bu meyvələrin qabığını yemək olarmı?

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Robototexnika üzrə dünya çempionu

Robototexnika üzrə dünya çempionu

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Koreyada təhsil almaq mənim üçün yeni mərhələdir

Bakı Mühəndislik Universitetinin (BMU) elektronika mühəndisliyi ixtisası üzrə III kurs tələbəsi Tahirə Bəylərova BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək.

Robototexnika sahəsində uğurları ilə seçilən tələbə bir sıra yerli və beynəlxalq yarışlarda yüksək nəticələr əldə edib. O, “Robotex International Azərbaycan”, “Robotex International Eurasia” turlarının qalibi, “Robotex International” dünya finalının V yer mükafatçısı, Dünya Robot Olimpiadasının (WRO) Azərbaycan mərhələsinin qalibi, “Fibonacci” Robot Olimpiadasının Azərbaycan turunun qalibi, “Minion Robosports Championship” (MRC) beynəlxalq yarışının dünya çempionu olub. Bundan əlavə, Tahirə Bəylərova “IWISE Virtual Final” beynəlxalq müsabiqəsinin qalibi seçilib və avqustun 2-7-də Böyük Britaniyada keçiriləcək dünya finalında iştirak etməyə hazırlaşır. SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə,BMU-nun tələbəsi müsahibəsində ikili diplom proqramına qəbul prosesi, Koreyada təhsil planları və gələcək hədəfləri barədə danışıb.

- BMU-İNHA ikili diplom proqramına qoşulmağa qərar verərkən hansı amillər sizin üçün həlledici oldu?

- Universitet seçimi mənim üçün sadəcə ali təhsil müəssisəsini müəyyənləşdirmək deyildi. Mən gələcək peşəkar fəaliyyətimin təməlini quracaq, məni həm elmi, həm də praktiki baxımdan inkişaf etdirəcək bir mühit axtarırdım. Məktəb illərindən robototexnika ilə məşğul olduğum üçün mühəndislik sahəsində beynəlxalq standartlara uyğun təhsil almaq əsas məqsədlərimdən biri idi.

BMU-İNHA ikili diplom proqramı haqqında ilk dəfə məlumat əldə etdikdə proqramın imkanları diqqətimi çəkdi. Xüsusilə BMU və İNHA Universitetində fəaliyyət göstərən laboratoriyalar, tələbələrin iştirak etdiyi elmi-tədqiqat layihələri və innovativ mühit məndə böyük maraq yaratdı. Mənim üçün mühəndislik yalnız nəzəri biliklərdən ibarət deyil. Yeni texnologiyalar hazırlamaq, ideyaları real layihələrə çevirmək və qlobal texnoloji proseslərin bir hissəsi olmaq daha önəmlidir.

Digər mühüm amil isə dörd il ərzində iki nüfuzlu universitetin diplomunu əldə etmək imkanı oldu. Düşünürəm ki, bu proqram tələbələrə yalnız diplom qazandırmır, eyni zamanda onları beynəlxalq əmək bazarına hazırlayır. Məhz bu üstünlüklər qərar verməyimdə həlledici rol oynadı.

- Proqrama qəbul və hazırlıq mərhələsi necə keçdi? Bu prosesdə hansı maraqlı təcrübələrlə qarşılaşdınız?

- Qəbul mərhələsini mənim üçün həm məsuliyyətli, həm də maraqlı təcrübə adlandırmaq olar. Universitetə qəbul imtahanlarından sonra yenidən seçim prosesindən keçmək müəyyən hazırlıq tələb edirdi. Buna görə proqramın tələblərini ətraflı araşdırdım və universitet tərəfindən təqdim olunan resurslardan maksimum istifadə etməyə çalışdım. Xüsusilə əvvəlki illərin suallarını analiz etməyim mənə çox kömək etdi. Hazırlıq müddətində yalnız biliklərimi yoxlamaqla kifayətlənmədim, eyni zamanda, vaxtın düzgün idarə olunması və stresin idarə edilməsi kimi bacarıqlarımı inkişaf etdirdim.

Bu proses mənə bir daha göstərdi ki, uğur təsadüf nəticəsində əldə olunmur. Arxasında ciddi hazırlıq, intizam və məqsədyönlü çalışma dayanır. Robototexnika yarışlarında qazandığım təcrübə də bu mərhələdə mənə özünəinam verdi. Çünki beynəlxalq yarışlarda iştirak etmək insana məsuliyyət hissi və çətin vəziyyətlərdə düzgün qərar vermək bacarığı qazandırır.

- Koreya Respublikasında təhsil almaq və ölkənin inkişaf etmiş texnologiya mühiti ilə yaxından tanış olmaq barədə gözləntiləriniz nədən ibarətdir?

- Koreya Respublikası uzun illərdir texnologiya, innovasiya və mühəndislik sahəsində dünyanın aparıcı ölkələrindən biri hesab olunur. Robototexnika ilə məşğul olduğum müddətdə beynəlxalq yarışlarda koreyalı komandaların işlərini dəfələrlə görmüşəm. Onların hazırladıqları layihələrdə həm yüksək texniki keyfiyyət, həm də yaradıcı yanaşma diqqətimi cəlb edib. Bu səbəbdən Koreyada təhsil almaq mənim üçün yalnız universitet auditoriyalarında bilik qazanmaq demək deyil. Mən bu ölkənin texnoloji ekosistemini yaxından görmək, müasir laboratoriyalarda çalışmaq, sənaye müəssisələri və innovasiya mərkəzləri ilə tanış olmaq istəyirəm.

Eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn tələbələrlə birlikdə təhsil almaq mənə fərqli baxış bucaqları qazandıracaq. Koreyada keçirəcəyim bir ilin bu baxımdan mənim inkişafımda mühüm rol oynayacağına inanıram.

- Koreyada təhsil aldığınız müddətdə həm Bakı Mühəndislik Universitetini, həm də Azərbaycanı təmsil edəcəyinizi nəzərə alaraq üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?

- İndiyədək iştirak etdiyim bütün beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmişəm. Hər dəfə nəticə əldə edəndə yalnız şəxsi uğur qazanmadığımı, eyni zamanda, ölkəmi təmsil etdiyimi hiss etmişəm. Bu hiss mənim üçün hər zaman xüsusi əhəmiyyət daşıyıb. Koreyada təhsil almaq da eyni məsuliyyət hissi deməkdir. Mən orada yalnız bir tələbə kimi deyil, Azərbaycan gənclərinin nümayəndəsi kimi olacağam. Akademik nəticələrim, davranışım, layihələrdə iştirakım və insanlarla münasibətim vasitəsilə ölkəmiz haqqında müəyyən təsəvvür formalaşacaq. Bu səbəbdən düşünürəm ki, üzərimdə böyük məsuliyyət var. Həm universitetimizin, həm də ölkəmin etimadını doğrultmağa çalışacağam.

- İNHA Universitetində əldə edəcəyiniz bilik və beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi düşünürsünüz?

- Son illər Azərbaycanda texnologiya və innovasiya sahəsində mühüm inkişaf müşahidə olunur. Fikrimcə, ölkəmizin gələcək inkişafında mühəndislərin və texnoloji mütəxəssislərin rolu daha da artacaq.

Koreyada əldə edəcəyim bilik və təcrübəni ilk növbədə robototexnika sahəsində tətbiq etmək istəyirəm. Bu sahədə həm tədris, həm tədqiqat, həm də innovativ məhsulların hazırlanması istiqamətində fəaliyyət göstərməyi planlaşdırıram. Məqsədim yalnız mövcud texnologiyalardan istifadə etmək deyil, yeni həllər hazırlayan mühəndislər sırasında yer almaqdır.

Bundan əlavə, beynəlxalq yarışlarda qazandığım təcrübəni həmyaşıdlarımla bölüşmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanda robototexnika və mühəndislik sahəsinə maraq göstərən çox istedadlı gənclər var. Gələcəkdə onların inkişafına dəstək vermək, yeni layihələrin və startapların formalaşmasında iştirak etmək əsas hədəflərimdən biridir.

İnanıram ki, xaricdə qazanılan biliklərin ən böyük dəyəri onların ölkənin inkişafına yönəldilməsindədir. Mən də Koreyada öyrənəcəyim yenilikləri Azərbaycanda tətbiq edərək texnologiya sahəsinin inkişafına töhfə vermək istəyirəm.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 İyul 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see683

Vaşinqton üçtərəfli Rusiya Ukrayna ABŞ danışıqlarını yenidən başlamağa çalışır

09 Sentyabr 2026 12:17see485

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see278

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see276

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see262

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see259

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see251

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see247

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see247

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see246

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see240

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see230

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see229

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see225

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see224

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see221

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see220

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see213

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see212

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri