Icma.az
close
up
RU
“Roma” AL in yeni rekordçusudu

“Roma” AL in yeni rekordçusudu

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Sentyabrın 24-də Avropa Liqasının (AL) əsas mərhələsinə start verildi.

"Football-plus.az" xəbər verir ki, çərşənbə və cümə axşamı ümumilikdə 18 oyunun həyəcanı yaşandı.
Məlum olduğu kimi, bir il əvvəl qitə kuboklarında qrup mərhələsi ləğv olunub və 8 qrupun əvəzinə vahid liqa mərhələsi tətbiq edilib. Komandaların sayı isə 32-dən 36-ya qədər artırılıb. AL-də bu qədər iştirakçı liqa mərhələsində 8 fərqli rəqiblə 8 oyun keçirəcək. Ümumi turnir cədvəlində 1-8-ci yerləri tutanlar 1/8 finala vəsiqə qazanacaqlar. Liqanı 9-24-cü yerlərdə başa vuranlar bu mərhələyə çıxmaq üçün iki matçdan ibarət pley-offda gücünü sınayacaq. 25-36-cı yerləri tutanlar isə avrokuboklarda mübarizəni dayandıracaqlar.
AL-in yeni mövsümünün ilk turu güclü rəqabətlə daha çox yadda qaldı. 18 oyundan yalnız birinin böyük hesabla başa çatması belə düşünməyə əsas verir. Əlbəttə, sırf təqvimə əsasən komandaların potensialına görə qarşılaşdığı rəqibdən də çox şey asılıdı. İstənilan halda neytral azarkeşlər ilk turun əksər oyunlarında meydandakı mübarizənin axarına görə darıxmadılar.
Konkret matçlara gəlincə, heç şübhəsiz, qitənin 5 aparıcı liqasından olan komandaların qarşılaşması daha çox maraq doğururdu. Belə duellərdən biri İspaniyada keçirildi. Yerli “Betis” “Nottingem Forest”lə oyuna yaxşı başlayıb hesabı açsa da, çox keçmədən İqor Jezusun dublu ilə geri düşdü. İngiltərəlilər ilk hissədə sərgilədikləri oyuna görə hesabı darmadağın həddinə çatdıra bilərdilər. Angelos Postekoğlunun komandası fasilədən sonra da yaxşı təsir bağışladı. Lakin sevilyalılar Antoninin sayəsində məğlubiyyətdən qurtuldular. “Benito Vilyamarin”dəki matç 2:2 hesabıyla nəticələndi.
İngiltərədə keçirilən oyunun nəticəsi də maraq doğururdu. Xatırladaq ki, “Aston Villa” və “Bolonya” ötən mövsüm Çempionalar Liqasının (ÇL) iştirakçısı olmuşdu. Liqa mərhələsində 2024-cü il oktyabrın 22-də İngiltərədə baş tutan oyun ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi. Maraqlıdı ki, “Villa Park”da hesabı yenə şotlandiyalı yarımmüdafiəçi Con Makqinn açdı. Fasilədən sonra qonaqlar daha yaxşı təsir bağışladılar, lakin hücumda effektli oynaya bilmədilər. Unay Emerinin komandası premyer-liqada mövsümə zəif start versə də, AL-ə uğurlu nəticə ilə başladı.
Fransada baş tutan matçda diqqəti cəlb edən iki fakt qeydə alındı. “Roma” AL-də (UEFA kubokunda) yeni rekord müəyyənləşdirdi. İtaliya klubu buna “Nitsa”nı 2:1 hesabıyla məğlub etməklə nail oldu. Paytaxt təmsilçisi turnirdəki qələbələrinin sayını 98-ə çatdırdı. Beləliklə, “Roma” AL-in son qalibi, hazırda ÇL-də çıxış edən “Tottenhem”i (97 qələbə) arxada qoyaraq yeni rekord müəyyənləşdirdi. “Alyants Rivyera”da qeydə alınan ikinci fakt Bonfim Dante ilə bağlıdı. O da AL-in yeni rekordçusu oldu. “Nitsa”nın braziliyalı müdafiəçisi turnirdə matça çıxan ən yaşlı meydan oyunçusu oldu. Cənubi amerikalı sentyabrın 24-də “Roma”ya qarşı oyunda meydana 41 yaş 11 ay 6 günlüyündə çıxmaqla əvvəlki rekordçu, “Betis”in sabiq yarımmüdafiəçisi Xoakinin göstəricisini (41 yaş 7 ay 23 gün) arxada qoydu. Qeyd edək ki, Dante turnirdə ümumilikdə meydana çıxan 3-cü ən yaşlı futbolçudu. Onu yalnız iki qapıçı qabaqlayır. Onlar 2014-cü ildə 42 yaş 10 ay 2 günlüyündə “Tottenhem”də oynayan Bred Fridel və 2012-ci ildə “Tvente”də 42 yaş 1 ay 2 günlüyündə meydana çıxan Sander Boskerdi.
Maraqlıdı ki, Fransada keçirilən daha bir oyunda da rekord qeydə alındı. “Lill”in “Brann”a 2:1 hesabıyla qalib gəldiyi matçda son nöqtəni Olivye Jiru qoydu. O, Fransa futbolunun tarixinə avrokuboklarda qol vuran ən yaşlı oyunçu kimi düşdü. Fransa yığması ilə DÇ-2018-in qalibi olan hücumçu sentyabrın 25-də meydana 67-ci dəqiqədə çıxarkən 38 yaş 360 günlüyündə idi. Olivye karyerasını “Strasbur”a həsr edən Rene Haussun hələ 1965-ci ildə müəyyən etdiyi rekordu yenilədi.
İlk turda yalnız bir oyunda hesab açılmadı. Yunanıstanda keçirilən PAOK - Makkabi (Təl-Əviv) matçında qapılara qol vurulmadı. Və yalnız bir oyun tətəflərdən birinin böyükhesablı qələbəsi ilə nəticələndi. “Panatinaikos” İsveçrədə “Yanq Boyz”u 4:1 hesabıyla məğlub etdi. Darmadağında 3 qolla rol oynayan 24 yaşlı Mərakeş əsilli belçikalı vinger Anass Zaruri ilk turdan bombardirlərin yarışında liderliyi ələ aldı.
liqa mərhələsi, 1-ci tur
Betis (İspaniya) - Nottingem Forest (İngiltərə) 2:2

Bakambyu, 15. Antoni, 85 – İqor Jezus, 18; 23.
Betis: Pau Lopes, Ortis, Natan, Lopes, Rirpo (Rodriges, 46), Altimira (Mark Roka, 46), Lo Çelso (Fornals, 76), Amrabat, Antoni, Bakambyu (Kuço Ernandes, 72), Ezzalzuli (Rikelme, 46).
Nottingem Forest: Sels, Zinçenko, Morato, Milenkoviç (Boli, 90+3), N.Uilyams, İ.Sanqare (Yeyts, 81), Hadson-Odoi (Ndoy, 64), E.Anderson, Duqlas Luis (Bakva, 46), Gibs-Uayt, İqor Jezus (Kalimyuendo, 64).
Nitsa (Fransa) – Roma (İtaliya) 1:2
Moffi, 77-p. – Ndika, 52. Mançini, 55.
Roma: Svilar, Mançini, Ndika, Çelik, Simikas, Rensx (Ermoso, 83), Kone (Kristante, 69), Əl-Aynaui, Sule (Pizilli, 69), Əl-Şaaravi (Pelleqrini, 46), Dovbik (E.Ferqyuson, 69).
Frayburq (Almaniya) – Bazel (İsveçrə) 2:1
Österhaqe, 31. M.Eqqeştayn, 57 – Otele, 84.
Frayburq: Atubolu, Kübler, Ginter, Yunq, Günter (Makenqo, 71), M.Eqqeştayn, Österhaqe, Beste (Troy, 71), Manzambi (Dinkçi, 90), Qrifo (Şerhant, 71), Adamu (Matanoviç, 75).
Lill (Fransa) – Brann (Norveç) 2:1
İqman, 54. Jiru, 80 – S.Maqnusson, 60.
Lill: Özer, Santuş (Mandi, 87), Mbemba, Qoffi, Verdonk, Mukau, Haraldsson (Dyaune, 87), Bentaleb (Buaddi, 77), Sahraui (Korreya, 68), İqman (Jiru, 67), Fernandes-Pardo.
Aston Villa (İngiltərə) – Bolonya (İtaliya) 1:0
Makqinn, 13.
Aston Villa: Bizot, Keş, Konsa, Pau Torres, Maatsen (Din, 74), Qessan, Makqinn, Kamara, Rocers, Buendiya (Sanço, 58), Malen (Uotkins, 58).
Bolonya: Skorupski, Likoyannis, Vitik, Lukumi, Zortea (Holm, 70), Odqor (Fabbian, 83), Fröyler, L.Ferqyuson, Kambyaqi (Rou, 75), Bernardeski (Orsolini, 70), Kastro (Dallinqa, 83).
Utrext (Niderland) – Lion (Fransa) 0:1
Tessman, 75.
Lion: Qreyf, Talyafiko (Meytlend-Nayls, 65), Nyakate, Klinton Mata, Klyuvert, Morton (Tessman, 65), De Karvalyo, Fofana (Afonsu Moreyra, 65), Şults (Mera, 90+3), Karabets (Qezzal, 65), Satriano.
Ştutqart (Almaniya) – Selta (İspaniya) 2:1
Buanani, 51. Əl-Hannus, 68 – İqlesias, 86.
Ştutqart: Nübel, Assinyon, Yeltş (Jak, 25), R.Hendriks, Mittelştadt, Çema Andres (Karazor, 70), Ştiller, Buanani (Fürix, 80), Əl-Hannus (Tomaş, 70), Levelinq (Vaqnoman, 80), Demiroviç.
Selta: Radu, Alonso, Starfelt, X.Rodriges, Minqesa, Beltran (Sotelo, 83), Moriba, Əl-Abdellaui (Rueda, 61), Cutqla (İqlesias, 52), Duran (Saraqosa, 61), Aspas (Svedberq, 61).
Midtüllann (Danimarka) – Şturm (Avstriya) 2:0
Kristensen, 7-öz qapısına. Diao, 89.
Srvena Zvezda (Serbiya) – Seltik (Şotlandiya) 1:1
Arnautoviç, 65 – İheanaço, 56.
Dinamo (Xorvatiya) - Fənərbaxça (Türkiyə) 3:1
Belyo, 21; 51. Bakrar, 90+5 – Şimanski, 25.
Malmö (İsveç) – Ludoqorets (Bolqarıstan) 1:2
Yonsen, 78 – Staniç, 8-p. Bil, 24.
Braqa (Portuqaliya) – Feyenoord (Niderland) 1:0
Navarro, 79.
PAOK (Yunanıstan) – Makkabi (Təl-Əviv, İsrail) 0:0
Qou Ehed İqls (Niderland) – FKSB (Rumıniya) 0:1
Mikulesku, 13.
Yanq Boyz (İsveçrə) – Panatinaikos (Yunanıstan) 1:4
Yanko, 25 – Sviderski, 10. Zaruri, 13; 19; 68.
Zaltsburq (Avstriya) – Portu (Portuqaliya) 0:1
Villiam Qomes, 90+3.
Ferentsvaroş (Macarıstan) - Viktoriya (Plzen, Çexiya) 1:1
Peşiç, 90+4 – Durosinmi, 46.
Reyncers (Şotlandiya) – Genk (Belçika) 0:1
O Hyon Qyu, 55.
Bombardirlər: Zaruri (Panatinaikos) – 3, Belyo (Dinamo), İqor Jezus (Nottingem Forest) - 2.
Növbəti turun oyunları sabah keçiriləcək: Roma – Lill, Bolonya – Frayburq, Seltik – Braqa, Viktoriya P – Malmö, Fənərbaxça – Nitsa, FKSB - Yanq Boyz, Panatinaikos - Qou Ehed İqls, Ludoqorets –Betis, Brann – Utrext, Bazel – Ştutqart, Portu – Srvena Zvezda, Feyenoord – Aston Villa, Genk – Ferentsvaroş, Makkabi T-Ə – Dinamo, Nottingem Forest – Midtüllann, Lion – Zaltsburq, Selta – PAOK, Şturm – Reyncers.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri