Icma.az
close
up
RU
Fernandeş AL in rekordçusudu!

Fernandeş AL in rekordçusudu!

Icma.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Martın 13-də Avropa Liqasının (AL) 1/8 finalına yekun vuruldu. 8 qalibdən yalnız biri – “Reyncers” rəqibini cavab oyunundan sonra zərurətə çevrilən penalti seriyasında üstələməyə məcbur oldu.

Ötən il keçirilən vahid liqa mərhələsini 8 oyuna 19 xalla şərikli lider kimi başa vuran “Latsio” və “Atletik” ilk matçlarda fərqli nəticələr göstərsələr də, hər iki iddiaçı 1/4 finala vəsiqə qazandı. İtaliya klubu Çexiyada dramatik keçən matçı Rovella ilə Jiqonun meydandan qovulmasına görə 9 nəfərlə başa vurmuş və son dəqiqələrdə 2:1 hesablı qələbəni təmin etmişdi. Halbuki “Viktoriya” ümumilikdə romalılardan üstün oyun nümayiş etdirmişdi. Plzenlilər İtaliyadakı cavab görüşünün böyük hissəsində də çox yaxşı təsir bağışladılar. Lakin yaxaladıqları qol şanslarından yalnız birini dəyərləndirə bildilər. Fasilədən sonra Şultsun dəqiq zərbəsi iki oyuna görə hesabın bərabərləşməsini təmin etdi. Miroslav Koubekin komandası bundan sonra tədricən qələbə hesabını qorumaq haqda düşünməyə başladı. Ev sahibləri isə əksinə, üstünlüyü ələ alaraq qapıya həmlələrlə mübarizənin əlavə vaxta qədər uzanmasına yol vermədilər. Plzendə olduğu kimi, bu dəfə də qapıya yol tapan müdafiəçi Romanyoli “Latsio”nun avrokuboklarda son 7 ildə ilk dəfə 1/4 finala çıxmasında böyük rol oynadı.
Maraqlıdı ki, İtaliya paytaxtının digər təmsilçisi də ilk oyunda 2:1 hesablı qələbəni son saniyələrdə təmin etmişdi. “Roma”nın“Atletik”lə səfər oyununda daha çox çətinlik çəkəcəyi gözlənilirdi. Klaudio Ranyeri komandasının mərhələni adlamaq şansının 50 faizə bərabər olduğunu demişdi. Amma müdafiəçi Hummels 11-ci dəqiqədə Sannadiyə qarşı aşkar kobudluğuna görə qarşısında birbaşa qırmızı vərəqə görməklə bu faizi minimuma endirdi. Üstünlüyü tamamilə ələ alan bilbaoluların cəhdləri yalnız hissənin sonunda bəhrə verdi. Niko Uilyams ilə hesabı açan meydan sahibləri fasilədən sonra daha iki qol vuraraq iki oyuna görə əhəmiyyətli üstünlüyə nail oldu. Qonaq komandanın gücü yalnız penalti ilə təsəlli qolunu vurmağa çatdı.
Liqa mərhələsində 18 xalla 3-cü yeri tutan “Mançester Yunayted” ötən həftə İspaniyada sərfəli nəticəyə (1:1) nail olmuşdu. İngiltərədəki işləri bərbad olan Ruben Amorimin komandasının Çempionlar Liqasına vəsiqə qazanmaq üçün yeganə çıxış yolunun AL-də qələbə olduğu hamıya bəllidi. MY “Real Sosyedad”a qarşı həlledici oyunda qapısında erkən qol görsə də, çox keçmədən Fernandeş ilə cavab qolunu vurdu. Penalti ilə 10-cu dəfə qol sevinci yaşayan Bruno turnirdə yeni rekord müəyyən etdi. Fasilədən sonra mançesterlilərin üstünlüyü birəbeş artdı. Nəticədə Fernandeş növbəti penalti ilə komandasını önə keçirdi. 63-cü dəqiqədə Aramburunun Dorquya qarşı kobud oyuna görə meydandan qovulması MY-nin işini asanlaşdırdı. Qalan vaxtda Fernandeş het-trik etdi, Dalot isə hesabı darmadağın həddinə çatdırdı. Liqa mərhələsini məğlubiyyətsiz başa buran yeganə komanda olan İngiltərə nəhəngi seriyasını 10 oyuna çatdırdı. MY cari mövsümdə AL-də 6 qələbə qazanıb, 4 matçı isə heç-heçə başa vurub.
İngiltərənin digər təmsilçisi də 1/4 finala çıxdı. Niderlandda “Alkmaar”la oyuna çox sayda itki ilə çıxan və minimal hesabla uduzan “Tottenhem” Londonda 3:1 hesablı qələbə ilə növbəti mərhələyə vəsiqə qazandı.
“Ayaks”ı Niderlandda olduğu kimi Frankfurtda da məğlub edən “Ayntraxt” da 8 ən güclü komanda sırasına qoşuldu. Liqa mərhələsini yalnız 3 xal toplamaqla sonuncu – 36-cı yerdə başa vuran “Qarabağ”ın 4 rəqibi iki matçda növbəti dəfə qarşılaşdı. Ağdamlıların Bakıda uyğun olaraq 2:3 və 1:4 hesabıyla uduzduqları FKSB ilə “Lion” arasında Rumıniyada keçirilən ilk görüş qonaqların 3:1 hesablı qələbəsi ilə nəticələnmişdi. Fransalılar cümə axşamı buxarestlilərin qapısından 4 cavabsız top keçirdilər. Maraqlıdı ki, “Qarabağ”ın Norveçdə 2:1 hesabıyla məğlub etdiyi “Bude/Qlimt” ilk matçda öz meydanında “Olimpiakos”a böyük hesabla qalib gəlmişdi (3:0). Onu da xatırladaq ki, Konfrans Liqasının son qalibi olan Yunanıstan nəhəngi evdə Azərbaycan çempionunu üç cavabsız qolla məğlub etmişdi. Pireyrilər cavab oyununda 2:1 hesablı qələbə ilə təsəlli tapdılar. Beləliklə, əsas mərhələdə “Qarabağ”la qarşılaşan üç komanda – “Tottenhem”, “Lion” və “Bude/Qlimt” AL-də mübarizəni davam etdirir.
1/8 final, cavab oyunları
Latsio (İtaliya) - Viktoriya (Plzen, Çexiya) 1:1 (ilk oyun - 2:1)

Romanyoli, 77 – Şults, 52.
Latsio: Provedel, Tavareş (Latsari, 67), Romanyoli, Patrik (Xila, 79), Maruşiç, Genduzi, Vesino, İsaksen, Zakkanyi, Pedro (Dele Başiru, 79), Kastelyanos (Dia, 67).
Atletik (İspaniya) - Roma (İtaliya) 3:1 (1:2)
N.Uilyams, 45+3; 82. Berçiçe, 68 – L.Paredes, 90+3-p.
Atletik: Aqirresabala, De Markos, Nunyes, A.Paredes (Lekue, 68), Berçiçe, De Qalarreta (Prados, 88), Xaureqisar, İ.Uilyams, U.Qomes (Berenger, 46), N.Uilyams, Sannadi (Quruseta, 77).
Roma: Svilar, Ndika, Mançini, Hummels, Rensx (Əl-Şaaravi, 83), Anxelinyo, L.Paredes, Kristante (Salemakers, 83), Baldantsi (Pizilli, 61), Dibala (Şomurodov, 61), Dovbik (Sule, 53).
Mançester Yunayted (İngiltərə) - Real Sosyedad (İspaniya) 4:1 (1:1)
B.Fernandeş, 16-p.; 50-p.; 87. Dalot, 90+1 - Oyarsabal, 10-p.
Mançester Yunayted: Onana, Dalot, De Liqt, Mazraui, Heven, Dorqu, Kazemiro (Kollyer, 78), B.Fernandeş, Zirkzee (Eriksen, 88), Höylunn, Qarnaço.
Real Sosyedad: Remiro, Elustondo (A.Traore, 73), Subeldiya (Aramburu, 56), Agerd, Munyos, Marin (Turryentes, 56), Subimendi, Mendes, Bekker (Barreneçea, 56), Kubo, Oyarsabal (Oskarsson, 76).
Tottenhem (İngiltərə) - Alkmaar (Niderland) 3:1 (0:1)
Odober, 26; 74. Meddison, 48 - Koopmeyners, 63.
Tottenhem: Vikario, Porro, Romero, Van de Veen (Qrey, 61), Spens, Berqvall (Devis, 84), Sarr, Meddison (Bissuma, 77), Odober (Conson, 77), Son Hın Min, Solanke.
Ayntraxt (Frankfurt, Almaniya) - Ayaks (Niderland) 4:1 (2:1)
Baoyya, 7. Götse, 25; 82. Ekitike, 67 - Teylor, 78.
Ayntraxt: Santos, Kristensen (Amenda, 85), Tuta, Kox, Braun, Sxiri (Batşuayi, 76), Knauff, Larsson, Götse (Şaibi, 85), Baoyya (Uzun, 72), Ekitike (Daud, 76).
Lion (Fransa) - FKSB (Rumıniya) 4:0 (3:1)
Mikautadze, 14; 47. Nuama, 37; 88.
Lion: Perri, Mata, Nyakate (Çaleta-Sar, 46), Meytlend-Nayls, Abner (Kyumbedi, 75), Tolisso (Matiç, 53), Tessmann (Almada, 53), Veretu, Şerki (Fofana, 65), Nuama, Mikautadze.
Olimpiakos (Yunanıstan) - Bude/Qlimt (Norveç) 2:1 (0:3)
Yaremçuk, 53; 65 - Hög, 36.
Bude/Qlimt: Xaykin, Şevold (Vembanqomo, 69), Qunnersen, Byortuft, Byorkan, Evyen (Myaattya, 90+2), Berq, Saltnes (Euklenn, 90+2), Blomberq, Hög (Helmersen, 69), Hauqe (Nilsen, 87).
Reyncers (Şotlandiya) - Fənərbaxça (Türkiyə) 0:2, p. – 3:2 (3:1)
Şimanski, 45; 73.
İlk oyunları aprelin 10-da keçiriləcək 1/4 finalda cütlər belə formalaşıb: Lion - Mançester Yunayted, Tottenhem – Ayntraxt, Reyncers – Atletik, Bude/Qlimt – Latsio.
Bombardirlər: Hög (Bude/Qlimt), Əl-Kaabi (Olimpiakos) - 7, Varqa (Ferentsvaroş), Omorodion (Portu), Osimhen (Qalatasaray), Fofana (Lion), Çernı (Reyncers), Ən-Nəsiri (Fənərbaxça) - 6.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 Mart 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see270

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see238

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see236

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see220

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see217

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see217

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see213

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see205

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see204

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see202

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see200

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see197

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see194

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see194

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see193

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see190

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see189

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see176

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see159

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri