Icma.az
close
up
RU
Roma Papası: Aclıqdan silah kimi istifadə etmək cinayətdir

Roma Papası: Aclıqdan silah kimi istifadə etmək cinayətdir

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Roma, 16 oktyabr, AZƏRTAC

Aclıq kollektiv uğursuzluqdur və ondan müharibə silahı kimi istifadə etmək cinayətdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mənzil-qərargahında keçirilən Ümumdünya Qida Günü və təşkilatın 80 illik yubileyi ilə bağlı tədbirdəki çıxışında deyib.

“Münaqişə ssenarilərində qidadan müharibə silahı kimi istifadə olunması qəbuledilməzdir. Biz kədərlə kişiləri, qadınları və uşaqları aclığa məhkum edən bu qəddar strategiyanın davamlı istifadəsinin şahidi oluruq. Belə davam edə bilmərik, bu aradan qaldırılmalıdır. Beynəlxalq humanitar hüquq istisnasız olaraq mülki şəxslərə və əhalinin yaşaması üçün vacib olan obyektlərə hücumları qadağan edir. Bütün mövcud enerjini həmrəylik ruhunda səfərbər etməliyik ki, dünyada heç kim həm kəmiyyət, həm də keyfiyyət baxımından lazımi qidadan məhrum olmasın. Bu yolla insan ləyaqətini inkar edən, arzuolunan inkişafa xələl gətirən, çox sayda insanı haqsız yerə öz evlərini tərk etməyə məcbur edən və xalqlar arasında anlaşmaya mane olan vəziyyətə son qoya bilərik”, - deyə pontifik bildirib.

Katoliklərin ruhani lideri qeyd edib ki, qida çatışmazlığından əziyyət çəkən, nəticədə xəstəliklər, əqli inkişafında gecikmə olan uşaqlar hökm sürən həssaslığın, ruhsuz iqtisadiyyatın, şübhəli inkişaf modelinin, ədalətsiz və dayanıqsız resurslar bölgüsü sisteminin açıq əlamətidir: “Buna görə də, elmin gözlənilən ömrü uzatdığı, texnologiyanın qitələri bir-birinə yaxınlaşdırdığı və biliyin bir vaxtlar ağlasığmaz kimi görünən yeni üfüqlər açdığı bir əsrdə milyonlarla insanın aclıq şəraitində yaşaması və ölməsi kollektiv uğursuzluq, etik anormallıq, tarixi günahdır”.

FAO-nun Romada keçirilən yubiley mərasimində İtaliya Prezidenti Sercio Mattarella və Baş nazir Ciorcia Meloni də iştirak ediblər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 22:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see518

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see469

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see366

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see312

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see275

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see252

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see248

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see230

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see229

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see225

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see218

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see216

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see204

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see199

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see190

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see184

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see183

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see177

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri