Icma.az
close
up
RU
Roma Papası İznikə niyə gedir? Video

Roma Papası İznikə niyə gedir? Video

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Məlum olduğu kimi, Roma Papası XIV Leo Türkiyədə səfərdədir. O, dünən Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirib, eləcə də Anıtqəbiri ziyarət edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, Roma Papası ilk xarici səfəri çərçivəsində həmçinin Bursanın tarixi İznik qəsəbəsini ziyarət etməyi planlaşdırır. 

Bu məkan isə təsadüfi seçilməyib. 

Belə ki, qədim dövrdə Nikeya adlandırılmış İznik xristianlığın tarixi baxımından xüsusi əhəmiyyət kəsb edir. XIV Leonun səfəri isə İznikdə keçirilmiş Birinci Nikeya Kilsə Məclisinin 1700-cü ildönümünə təsadüf edir. Papa burada dini xadimlərlə həmin ildönümünə həsr edilmiş tədbirlərdə iştirak edəcək. 

Bununla yanaşı, Roma Papası səfər çərçivəsində İznik gölünün sahilində yerləşən və uzun illər suyun altında qalmış Müqəddəs Neofit bazilikasının xarabalıqlarını ziyarət edəcək. Burada xüsusi ibadətin keçiriləcəyi gözlənilir.  

Qeyd edək ki, 325-ci ildə Roma imperatoru I Konstantin tərəfindən çağırılmış Birinci Nikeya Kilsə Məclisi xristianlığın ən mühüm hadisələrindən biri kimi tarixə düşüb. Müqəddəs Neofit bazilikasında baş tutmuş məclisin qərarı ilə xristianlığın ortaq inanc əsasları qəbul edilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri