Icma.az
close
up
RU
Roma Papasının İznikə səfərinin DETALLARI

Roma Papasının İznikə səfərinin DETALLARI

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Katoliklərin ruhani lideri və Vatikanın Prezidenti Papa XIV Leo ilk xarici səfərini qardaş Türkiyəyə edəcək.

“Cebheinfo.az” xəbər verir ki, o, sabah Türkiyəyə səfər edəcək. 

Papa səfər çərçivəsində Ankara, İstanbul və İznik şəhərlərində görüşlər keçirəcək.

Türkiyə mətbuatında bu səfərlə bağlı maraqlı məqamlar ortaya çıxıb.

Belə ki, “Haber7.com” saytının yazarı Bartu Erkenin sözlərinə görə, Papanın xüsusilə İznikə səfər etməsi strateji bir həmlədir:

“Papanın səfərinin rəsmi səbəbi eramızın 325-ci ildə keçirilən Birinci İznik Şurasının 1700 illiyini qeyd etməkdir. 

Konstantinopolun Yunan Ortodoks Patriarxı Varfolomey və digər xristian liderləri ilə birlikdə keçiriləcək bu mərasim 1054-cü ildə katolik və pravoslav kilsələrinin qəti şəkildə ayrılmasından bəri davam edən dərin bölünmə qarşısında birlik axtarışını təmsil edir. Papa XIV Leo daha əvvəl “Bu gün Kilsənin həyatında ən dərin yaralardan biri bizim xristianlar olaraq bölünməyimizdir” demişdi”.

Jurnalist diqqətə çatdırıb ki, İznik bu yaranın sağalması üçün həlledici bölgədir:

“Çünki İznik xristianlığın hələ parçalanmadığı, bütün kilsələrin ortaq dil tapa bildiyi son dövrünü təmsil edir. Papa bu səfəri ilə bütün xristian dünyasına mesaj göndərir. Yenidən birləşmək istəyiriksə, ilk ayrıldığımız yerdən, ortaq irsimiz olan İzniklə başlamalıyıq”.

Batu Erken qeyd edib ki, bu səfərə görə hazırda İznik dünyanın diqqət mərkəzindədir:

“Türkiyə bu tarixi mirasın qanuni və yeganə sahibidir. İznik min ildir bu torpağın bir parçasıdır və bu ümumbəşəri miras Türkiyənin himayəsindədir. Bu mərasimin başqa yerdə keçirilməsi onun tarixi və mənəvi mahiyyətinin kəsilməsi demək olardı. Üstəlik, Türkiyə bu gün də müxtəlif sivilizasiyalar və inanclar arasında körpü rolunu qoruyub saxlayır. 

Eyni zamanda, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada Papanı dövlət başçısı kimi qəbul etməsi bu səfərin təkcə dini deyil, həm də dövlətlər arasında dialoq və əməkdaşlıq platforması olduğunu göstərir.

Onu da nəzərə almaq lazımdır ki, Türkiyə belə bir həssas və tarixi görüşün təhlükəsiz şəkildə keçirilə biləcəyi sabit bir ölkədir.
Katolik və pravoslav dünyası liderlərinin bir araya gəlməsi ancaq Türkiyə kimi güclü, bütün tərəflərlə ünsiyyət qura bilən bir ölkənin zəmanəti ilə mümkün ola bilərdi”.

Elmir Mustafa
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri