Icma.az
close
up
RU
Roma Papasının Azərbaycanda yadda qalan izi

Roma Papasının Azərbaycanda yadda qalan izi

Icma.az bildirir, Azpost portalına istinadən.

 Roma Papası Fransiskin vəfatı bütün katolik dünyasını kədərə qərq edib. Müqəddəs Taxt-Tacın rəhbəri bəşəriyyətə Tanrının mesajlarını moizə etməklə ən ülvi arzuları diləyirdi.

Azərbaycanda da Papanın vəfat xəbəri kədərlə qarşılandı. Prezident İlham Əliyev Vatikana başsağlığı verdi və Papa Fransiski bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimi adlandırdı.

Bakıda Müqəddəs Məryəm Ana Kilsəsində vəfat münasibəti ilə başsağlığı kitabı açılıb. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və dini icma başçıları başsağlığı kitabını imzalayıblar.

Azərbaycan və Vatikan arasında münasibətlər həmişə əməkdaşlıq və mehriban münasibətlər üzərində qurulub.

İki dövlət arasında diplomatik münasibətlər 23 may 1992-ci ildə qurulub. Bu münasibətlər ötən illər ərzində dostluq və qarşılıqlı anlaşma ruhunda inkişaf edib. Azərbaycan 2011-ci ildə Vatikanda öz səfirliyini açıb, Vatikan isə Azərbaycanda apostolik nunsiyatura (nümayəndəlik) yaradaraq əlaqələrin səviyyəsini yüksəldib.

1997-ci ildə sentyabrında İtaliyaya rəsmi səfər edən Ulu öndər Heydər Əliyev Roma Papası İohann Pavelin dəvəti ilə Vatikanda onunla görüşmüşdü. Həmin görüşdə Papa Azərbaycanda hüquqi dövlət quruculuğu, həyata keçirilən iqtisadi islahatları diqqətlə izlədiyini və onları dəstəklədiyini bəyan etmişdi.

Vatikan rəhbəri həmçinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı da mühüm bəyanat vermişdi. “Yeni müstəqillik qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir, separatçılığa qarşı birgə mübarizə aparılmalıdır”-deyə Papa Heydər Əliyevlə görüşdə vurğulamışdı.

Ümummilli liderimiz Roma Papasını Azərbaycana dəvət etmişdi.

Bu səfər 2002-ci ildə gerçəkləşdi. Həmin il Roma Papası  İohann Pavelin müsəlman Azərbaycana səfəri xüsusi yer tutur. Bakıya gələn Pavelin bu səfəri katolik dünyasında geniş rezonans doğurdu.

2016-cı ilin oktyabrında Roma Papası Fransisk Azərbaycana rəsmi səfər edib. Bu səfər Azərbaycanın beynəlxalq aləmdə dinlərarası dialoq və multikulturalizmin təşviqi sahəsində nüfuzunu daha da artırdı.

Səfər çərçivəsində Papa Fransisk prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirib, Heydər Məscidində müsəlman icması ilə bir araya gəlib.

Papa Fransisk Prezidentlə görüşündə bildirib ki, dünyanın bir çox yerlərində gərginlik və münaqişələrin artdığı, bəzi dairələrin dini amildən istifadə edərək ədavəti və nifaqı daha da yaymağa çalışdığı bir vaxtda Azərbaycan əsl tolerantlıq nümunəsidir.

Vatikan dövləti ilə əlaqələr davamlı olub. Prezident İlham Əliyev 2005, 2015, 2020-ci illərdə Vatikana səfər edib və yüksək səviyyədə qarşılanıb.

Mədəni və dini irs sahəsində əməkdaşlıq bu münasibətlərin əsasını təşkil edir. Vatikanın Qafqaz regionuna olan marağı təkcə siyasi deyil, eyni zamanda dini və tarixi baxımdan da əhəmiyyətlidir. Azərbaycanın multikultural və tolerant cəmiyyət modeli Vatikan tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycanın Vatikanla əməkdaşlığının mühüm istiqamətlərindən biri də mədəni irsin qorunması və bərpasıdır. Azərbaycan dövləti Roma Papalarının təşəbbüsü ilə Vatikan ərazisində yerləşən bir neçə tarixi abidənin restavrasiyasına maliyyə dəstəyi göstərir. Bunlara Sistina kapellasının bəzi elementlərinin bərpası və Vatikandakı qədim katakombaların yenilənməsi daxildir.

Bu addım Azərbaycanın dünya mədəni irsinə verdiyi töhfə kimi dəyərləndirilib və Roma Papası tərəfindən yüksək qiymətləndirilib.

Azərbaycan və Müqəddəs Taxt-Tac (Vatikan) arasında qurulan münasibətlər yalnız diplomatik əlaqələrlə məhdudlaşmır. Bu münasibətlər eyni zamanda dinlərarası dialoq, mədəni və mənəvi əməkdaşlıq baxımından da mühüm əhəmiyyət kəsb edir. Xüsusilə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin Roma Papaları ilə qurduğu əlaqələr, sülh, qarşılıqlı anlayış və tolerantlığın təşviqində mühüm rol oynayıb.

Bu əlaqələrin tarixi SSRİ-nin son dövrlərinə gedib çıxır.

1990-cı ilin 20 yanvarında sovet ordusu Bakıda törətdiyi qanlı qırğın, dinc sakinlərin kütləvi qətli bütün dünyada ciddi rezonans verdi. Hərbi müdaxilədən bir neçə gün sonra Roma Papası II İohann Pavelin xüsusi tapşırığı ilə İtaliyanın məşhur «Reppublika» qəzetinin əməkdaşı Etsio Mauro Şeyxülislam Allahşükür Paşazadəyə zəng vuraraq qanlı qırğın barədə ilk məlumatları dünyaya çatdırdı. Roma Papasının xalqımızın  o ağır günündə informasiya blokadasının yarılmasında göstərdiyi dəstək münasibətlərin yaranmasında ilk cığır sayıla bilər.

Şeyxülislam Allahşükür Paşazadə yalnız Azərbaycanda deyil, bütövlükdə İslam dünyasında nüfuzlu dini liderlərdən biridir. Onun dinlərarası dialoq və tolerantlıq mövzusundakı fəaliyyəti beynəlxalq səviyyədə tanınır. Onun Roma Papası II İohann Pavel, XVI Benedikt və hazırkı Papa Fransisk ilə keçirdiyi görüşlər dinlərarası anlaşmanın təşviqi üçün mühüm mərhələlər olub. O, Vatikanın təşkil etdiyi bir sıra beynəlxalq dini tədbirlərdə iştirak edərək İslamın tolerantlıq mesajlarını çatdırıb.

A.Paşazadə və Vatikan arasında əməkdaşlıq təkcə görüşlərlə məhdudlaşmır. O, bir çox beynəlxalq forumlarda, o cümlədən Vatikanın dəstəklədiyi “Dinlərarası Sülh Konfransı” və “Dinlərarası Əməkdaşlıq Forumları” kimi tədbirlərdə iştirak edib. Bu tədbirlərdə müsəlman və xristian dinlərinin sülhə çağırışı, ekstremizm və radikalizmlə mübarizədə ortaq yanaşmaları müzakirə olunur.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq Multikulturalizm Forumu və Dünya Dini Liderlərinin Zirvəsi kimi tədbirlərə Vatikan nümayəndələrinin dəvət olunması tərəflər arasında etimadın göstəricisidir.

QMİ sədri 44 günlük Vətən müharibəsində Roma Papasına müraciət edərək Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırmışdı. Cavab məktubunda Papa hadisələrin bütün Qafqaz xalqlarının rifahı naminə ədalətli və sülh yolu ilə həlli üçün dualar etdiyini yazmışdı.

QMİ sədri bu gün Məryəm Kilsəsində başsağlığı kitabını imzalayarkən verdiyi açıqlamada Papa Fransiski bütün dünyada sülhü, qardaşlığı istəyən böyük şəxsiyyət adlandırıb. “Biz Roma Papası üçün dua oxuyub, onun ruhunu yad etdik. Papanın müsəlmanlara, azərbaycanlılara, Azərbaycan rəhbərliyinə olan münasibəti çox yüksək idi. Onun bütün dinlərə münasibəti yaxşı idi”-deyə QMİ sədri bildirib.

Azərbaycan–Vatikan münasibətləri dini və diplomatik baxımdan unikal əməkdaşlıq nümunəsidir. Şeyxülislam Allahşükür Paşazadə bu münasibətlərin inkişafında oynadığı rol, onun Vatikanla əməkdaşlığı, Azərbaycanın multikultural dəyərlərini və sülh mesajlarını dünyaya çatdırmaqda mühüm körpü rolunu oynayıb.

Bu münasibətlərin inkişafı qarşılıqlı hörmət, dini tolerantlıq və mənəvi dəyərlərə sadiqlik əsasında davam etməkdədir.

Bu baxımdan Vatikan-Azərbaycan əlaqələri artıq 27 ildir ki,  uğurla inkişaf edir.  Azərbaycanda cəmi 2000 katolik var. Bakıdakı Bakirə Müqəddəs Məryəm katolik kilsəsi ölkədə yeganə belə kilsədir. 6 iyul 2011-ci ildə Vatikan tərəfindən ratifikasiyadan sonra katolik icmasının dövlət qeydiyyatından keçməsi barədə Azərbaycan hökuməti ilə bağlanan saziş qüvvəyə minib.

Azərbaycan hakimiyyəti bütün dinlərin sülh şəraitində yaşaması üçün hər cür şərait yaradıb.  Aparılan siyasət dünya çapında böyük maraqla qarşılanıb və nüfuzlu dini liderlər tərəfindən xeyir-dua alıb.

Bu siyasi prioritet bu gün məzhəb və dini savaşların, radikal təməlçilərin girdabına düşmüş ölkələr üçün ümidə və nümunəyə çevrilib.

Təsadüfi deyil ki, Papa Fransisk Azərbaycana səfəri zamanı Azərbaycanı dinlərarası dialoq və mədəniyyətlərarası anlaşma üçün nadir nümunə adlandırmışdı. “Bu torpaq müxtəlif dinlərə ev sahibliyi edərək sülh içində yaşamağın mümkünlüyünü sübut edir”-deyə Papa vurğulamışdı.

Bu baxımdan Papa Fransiskin Azərbaycan və Vatikan arasında münasibətlərdə izi undulmazdır və hər zaman xatırlanacaq.

Aydın ABBASOV

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:288
embedMənbə:https://azpost.info
archiveBu xəbər 23 Aprel 2025 23:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri