Icma.az
close
up
RU
Romada unudulmuş dünya: Zamanın dayanıb nəfəs aldığı məhəllədən REPORTAJ

Romada unudulmuş dünya: Zamanın dayanıb nəfəs aldığı məhəllədən REPORTAJ

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Romada Qarbatella adlı kiçik bir məhəllə var. Paytaxtın cənub-şərq hissəsində yerləşən məhəlləni rahat, qəribə evləri, yaşıl bağları, kilsəsi, məktəbi, simvolları və füsunkar tarixi ilə "Əbədi şəhər" daxilində ayrı bir dünya adlandırırlar.

Qarbatella Romanın ən gizli və unikal guşəsidir. Burada yerli romalılar yaşayırlar. Kommunistlər, partizanlar, qanqsterlər və Papanın özü burada izlərini qoyublar.

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin hazırladığı reportajı təqdim edir:

Turistlər bu ərazini o qədər tanımırlar. Ona görə dar küçələrində az sayda turist qruplarına rast gəlmək olur. "Əgər siz məhəllənin sakinləri ilə söhbətləşsəniz, onları müşahidə etsəniz və küçələrində gəzsəniz, Qarbatellanı hiss edəcəksiniz. Gəzinti sizə qeyri-adi fotoşəkillər və zamanla səyahət hissi bəxş edəcək", - deyə məhəlləni gəzən turistlər öz rəylərində yazırlar.

Binalar arasında gizlənən məhəllə

Metronun "Qarbatella" stansiyasından bu əraziyə daxil olan kimi ziyarətçini "Ponte Ostiense" körpüsü qarşılayır. Körpünün qeyri-adi memarlığına laqeyd qalmaq olmur. Üstünə çıxıb ətrafı seyr edir, fotolar çəkirsən.

Hazırda məhəllənin kənarları çoxmərtəbəli binalarla örtülüb. Əvvəlcə yalnız çoxsaylı tikililərlə qarşılaşırsan. Bir az da irəli gedib binalar arasında gizlənən, bir əsrdən çox yaşı olan məhəllənin dar küçələri, köhnə evləri, xudmani həyətlərini görür, gözəllikdən zövq alırsan. Məhəllənin fərqli xüsusiyyəti açıq həyətlər və bağlar, İtaliya paytaxtının digər yerlərində eşidilməyən səssizlik və romantik atmosferdir. Qarbatellanın adı, tarixi, memarlığı və sakinləri 20-ci əsrin əvvəllərindəki Roma həyatının canlı ensiklopediyası hesab edilir. Burada gözəl italyan xiyabanlarını, orijinal qraffitiləri və gündəlik şəhər həyatından səhnələri müşahidə etmək olur. Qarbatelladakı atmosfer son yüz ildə dəyişməyib. Məhəllə öz köhnə binaları ilə "böyük" Romadan fərqlənir.

"Ana Roma" filminin çəkildiyi yer

Qarbatellanın maraqlı tarixi var. Ərazinin tikintisinə 1920-ci ildə İtaliya kralı III Viktor Emmanuelin fərmanı ilə başlanılıb. Layihə dənizçilərin və limana xidmət edən işçilərin yaşayış məntəqələri ilə yanaşı, yeni çay limanının tikintisini nəzərdə tuturdu. Qarbatella dövrün dəb trendinə - ingilis bağ şəhərinə uyğun olaraq hazırlanır. Ərazidə ingilis bağ şəhəri konsepsiyası əsasında 40 villa tikmək qərara alınır. Hər bir evdə sakinlərin tərəvəz və meyvə yetişdirə biləcəyi torpaq sahəsi olmalı idi. Bu gün də həyətlər və bağlar kənarda yerləşir. Bu, Qarbatella bölgəsini Romanın digər ərazilərindən fərqləndirən xüsusiyyətdir. Məşhur diktator Benito Mussolininin hakimiyyətə gəlməsi ilə rayonun inkişaf planı əhəmiyyətli dəyişikliklərə məruz qalır. Mövcud villalar sökülmür, lakin diqqət cəlbedici olmayan binaların tikintisinə yönəlir. Yaşıl sahələr qismən kəsilir, çay limanı isə heç vaxt tikilmir. Dənizçilərin və liman işçilərinin əvəzinə, əraziyə Mussolininin şəhərin yenidən qurulması layihəsinə uyğun olaraq evləri sökülən mərkəzi Roma sakinləri köçürülməyə başlanır. Beləcə sakinlər paytaxtın fəhlə sinfinə qarışır.

Qarbatella qurulandan dərhal sonra Roma sakinləri üçün xüsusi bir yerə çevrilir. Məşhur italyan rejissorları çəkiliş üçün məkan kimi Qarbatellanı seçirlər. Pasolini dramatik "Ana Roma" filmini burada çəkib. Ərazini gəzdikcə sanki zaman maşınına qədəm qoyub evdar qadınların camaşırlarını asdığı, pəncərələrdən qəhvə qoxusunun sızdığı, ağ-qara italyan kinosunun ruhunun havada uçuşduğu bir əsr əvvəlki sakit həyata daşınırsan.

Binalardan birində paytaxtın və ümumilikdə İtaliya futbolunun simvolu olan Françesko Tottinin portreti demək olar ki, iki mərtəbəni əhatə edir. Əfsanəvi kapitan küncdən kənara baxır. Bu, Tottinin "Əbədi şəhər"dəki yeganə obrazı deyil.

Roma papasının ziyarət etdiyi kilsə

Dar küçələr ziyarətçini "Piazza Damiano Sauli" meydanına aparır. Burada son xəbərləri müzakirə etmək üçün kiçik qruplar şəklində toplaşmağı sevən yerli sakinlərin dedi-qodularını dinləmək maraqlıdır.

"San Francesco Saverio" kilsəsi də bu ərazidə yerləşir. Məhəllə sakinləri II İohann Pavelin Papa seçildikdən sonra ziyarət etdiyi ilk kilsənin "San Françesko Saverio" olmasından böyük qürur hissi keçirirlər. Bu seçimi izah etmək asandır - Papanın bu kilsə haqqında xüsusi xatirələri var idi. O, tələbə kimi bazar günləri bura gəlir və kilsə ibadətlərinin aparılmasına kömək edirdi. Xüsusən həftə sonlarında yerli uşaqlara və kasıb sakinlərə dəstək məqsədi ilə bu kilsədə çox vaxt keçirirdi.

Meydanda Cesare Battisti İctimai İbtidai Məktəbi də yerləşir. Məktəb məşhur italyan serialı "Cesaroni" (I Cesaroni) rejissorlarının diqqətindən kənarda qalmayıb.

Karlotta fəvvarəsi isə əfsanəyə görə, xoşbəxtlik üçün içməli bulaqdır. Sevgililər bulağın ətrafında oturmağı çox sevirlər. İtalyanların bu inancı məhəlləyə gələn qonaqlara da sirayət edir.

Qloballaşma və yeni şəhərsalma yerli əhalinin əsl italyan ruhunu kökündən ayıra bilməyib. Bir çox yerli romalı təlaşdan qaçmaq, yerli gözəllikdən həzz almaq və həmişə olduğu kimi, qonşuları haqqında hər şeyi bilən və yoldan keçənlər haqqında sonsuz qeybət edən yerlilərlə ünsiyyət qurmaq üçün buraya gəlməyi sevir. Yerli sakinlər kənar adamlarla da mehribandırlar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Oktyabr 2025 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri