“Roma”nın baş məşqçisi “İnter”ə ağır məğlubiyyəti şərh edib
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Roma”nın baş məşqçisi Can Piero Qasperini İtaliya A Seriyasının 31-ci turunda “İnter”dən ilə alınan 2:5 hesablı məğlubiyyəti dəyərləndirib.
İdman.Biz xəbər verir ki, mütəxəssis erkən buraxılan qolun komanda üçün çətinlik yaratdığını bildirib:
“İlk saniyələrdə qol buraxmaq asan deyildi, amma bundan sonra yaxşı “Roma” gördüm. Fasiləyə yaxın qol isə komandaya ciddi zərbə oldu”.
O qeyd edib ki, üçüncü qol oyunun taleyini həll edib: “Üçüncü topdan sonra sanki bütün gücümüz tükəndi və əziyyət çəkməyə başladıq. Düzünü desəm, oyun elə həmin andan bitdi və güclü “İnter”i də təbrik etməliyik”.
Qasperini əlavə edib ki, ikinci hissədə komanda zəif çıxış edib və ruh düşkünlüyü yaşayıb: “Cüzeppe Miatso”da “İnter” uduzmaq olar, amma belə hesabla yox. İndi bizi iki ev oyunu gözləyir və yaxşı nəticələr qazanmağa çalışacağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 06 Aprel 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















