Flik İnter ə məğlubiyyəti belə şərh etdi
Fanat saytına istinadən Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab matçında ilk oyunda heç-heçə etdiyi (3:3) "İnter"ə uduzaraq (3:4) finala çıxa bilməyən "Barselona"nın baş məşqçisi Hans-Diter Flik məğlubiyyəti dəyərləndirib.
Fanat.Az xəbər verir ki, almaniyalı mütəxəssisin sözlərini "Marca" belə çatdırıb:
"Məyusam, amma oyuna və futbolçularımızın səylərinə görə yox. Oyunçularımız mümkün olan hər şeyi etdilər. Təəssüf ki, mübarizəni dayandırdıq. Növbəti mövsümdə geri qayıtmağa çalışacağıq. Bütün klub və azarkeşləri buna layiqdirlər.
"İnter" də güclü komandadır və onların gördüyü iş tərifəlayiqdir. Onlar müdafiədə əla təşkilatlanmış, təhlükəli hücumçulara malik komandadırlar. Topla da yaxşı rəftar edirlər".
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 May 2025 03:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















