Ronaldo oyuna çıxmadı, azarkeşlər belə dəstək oldular Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Məlum olduğu kimi, Səudiyyə Ərəbistanı Pro Liqasında “Əl Nəsr” və “Əl İttihad” komandaları arasında keçirilən mərkəzi qarşılaşmada ulduz futbolçu Kriştiano Ronaldonun iştirak etməməsi tribunalarda böyük əks-səda doğurub.
“Qafqazinfo” xəbər verir ki, Ər-Riyad təmsilçisinin azarkeşləri “Kral Səud Universiteti” stadionunda portuqaliyalı forvarda olan sadiqliklərini nümayiş etdirərək tribunaları 7 dəqiqə ərzində Ronaldonun ikonik “7” nömrəsi yazılmış nəhəng pankartlarla bürüyüblər.
Xatırladaq ki, azarkeşlərin bu addımı Ronaldonun Səudiyyə Ərəbistanı Dövlət İnvestisiya Fondunun (PIF) siyasətinə qarşı başlatdığı boykota açıq dəstək xarakteri daşıyır. Belə ki, ulduz futbolçu “Əl Nəsr”in büdcəsinin ixtisar edilməsi və rəqib “Əl-Hilal”ın daha çox imtiyazlara sahib olması ilə razılaşmır. Xüsusilə yaxın dostları və komanda yoldaşları olan idman direktoru Simao Koutinyo və CEO Xose Semedonun işdən çıxarılması portuqaliyalı vingeri kəskin qərarlar almağa vadar edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 06 Fevral 2026 22:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















