Ronaldodan iddia: ÇLi bu komandanın qazanacağına mərc edərdim
Icma.az, Publika.az portalına istinadən məlumat yayır.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo bu mövsüm Çempionlar Liqasını qazanacaq komandanın adını açıqlayıb.
Publika.az xəbər verir ki, Ronaldo bu komandaya görə mərc edə biləcəyini də bildirib.
“Komandaların həmişə yaxşı və pis anları olur. “Mançester Siti” pis anlar yaşayır, amma geri qayıdacaqlar. “Şəhərlilər”in futbolçularına deyərdim ki, onlar daha çox çalışmalı və indi nəticə çıxarmalıdırlar.
Böyük oyunçular problemin nə olduğunu bilirlər. “Real”a gəlincə, günün sonunda onlar həmişə oradadırlar, onları heç vaxt unutmaq olmaz. Mən “Real”ın Çempionlar Liqasını yenidən qazanacağına mərc edərdim, çünki bütün digər komandalar “Bernabeuda” oynayanda qorxurlar.
Mən Madridə mərc edərdim, bir qədər çətinlik çəkdilər, amma sonra yaxşılaşdılar”, – Ronaldo deyib.
Çempionlar Liqasında 9 xalı olan “Real Madrid” 20-ci yerdədir.
Baxış sayı:80
Bu xəbər 29 Dekabr 2024 09:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















