Ronaldu dəbdəbəli malikanəsini satmaq İSTƏYİR
Icma.az, Redaktor.az saytına istinadən bildirir.
Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu Corcina Rodriqez ilə toyundan sonra Portuqaliyanın Kaşkaiş şəhərindəki malikanəsini satmağı planlaşdırır.
Redaktor.az bu barədə "V+ Fama" teleproqramına istinadən xəbər verir.
Portuqaliyalı futbolçu Corcinaya avqust ayında evlilik təklifi edib. Onlar 2016-cı ildən münasibətdədirlər və iki qızları var. Cütlük toyu 2026-cı il dünya çempionatından sonra keçirməyi planlaşdırır.
Səkkiz yataq otağı, hovuzu, yeraltı dayanacağı və şəxsi kino zalı olan malikanə artıq tikilib, lakin Ronaldu toy mərasimindən sonra onu sata bilər. Tikilinin təxmini dəyəri 40 milyon dollar qiymətləndirilir.
Beşqat "Qızıl top" sahibi evdə şəxsi həyatın toxunulmazlığının təmin olunmamasından narazıdır. Futbolçu təhlükəsizliyi artırmaq üçün qonşuluqda yerləşən və hotelə məxsus olan torpaq sahəsini, həmçinin qolf meydançasını satın almağa çalışsa da, ona rədd cavabı verilib.
Bununla belə, Kaşkaişdəki malikanə Ronaldu və Corcinanın toy mərasiminin keçiriləcəyi məkan ola bilər və villa yalnız bu hadisədən sonra satılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 10 Yanvar 2026 19:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















