Ronaldu və Messi ilk dəfə eyni komandada oynaya bilərlər
Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.
Futbol əfsanələri Kriştianu Ronaldu və Lionel Messi tarixdə ilk dəfə bir komandada oynaya bilərlər.
Redaktor.az bu barədə"The Sun" nəşrinə istinadən xəbər verir.
Qeyd olunub ki, bu, argentinalı futbolçu Karlos Tevesin Buenos-Ayresdə keçiriləcək vida matçında baş tuta bilər.
"Onların arasında əfsanəvi rəqabət formalaşıb: Ronaldu ilə Messi klub və milli komanda səviyyəsində bir-biri ilə 37 dəfə qarşılaşıblar. Lakin indi Argentinadan bu cütlüyün birlikdə oynaya biləcəyi barədə xəbərlər gəlir", - deyə nəşrin məlumatında bildirilir.
Matçın keçirilməsi üçün ilkin tarix dekabr ayına təyin edilib. Teves futbolun ən böyük ulduzları arasında yaddaqalan qarşılaşma təşkil etməyi planlaşdırır.
Qeyd edək ki, avqustun 31-də Lionel Messi Argentina millisindəki karyerasını başa vurub. Həmçinin avqust ayında Kriştianu Ronaldu 2026/27 mövsümünün onun futbolçu karyerasında sonuncu ola biləcəyini açıqlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 06 Sentyabr 2026 00:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















