Messi və Ronaldu eyni komandada oynayacaqlar: Tarixi görüşün vaxtı açıqlandı
Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Lionel Messi ("İnter Mayami") və Kriştianu Ronaldu ("Ən-Nəsr") Argentina milli komandasının keçmiş hücumçusu Karlos Tevesin vida matçında eyni komandada oynamağa razılıq veriblər.
Moderator.az GOAL nəşrinə istinadən xəbər verir ki, bu barədə Teves özü bəyan edib.
Qarşılaşmanın 2026-cı ilin dekabrında Buenos-Ayresdəki "Bombonera" stadionunda keçirilməsi planlaşdırılır.
"Mən həmişə Kriştianu və Leonu eyni komandada görmək istəyirdim. Onlar bütün dövrlərin ən böyük oyunçularıdır. Onlarla, xüsusən də Kriştianu ilə əlaqə saxladım. Ona dedim: "Kriştianu, bütün dünyanın bir dəfə də olsun bu sehrli anı görməsi üçün sənin və Messinin mənim vida matçımda eyni komandada oynamağınızı istəyirəm". O, gələcəyini bildirdi. Leonu da razı salmaq çətin olmadı. Hər ikisi razılaşdı. Çox həyəcanlıyam, bu matç son dərəcə duyğusal olacaq", - deyə o vurğulayıb.
Qeyd edək ki, Teves Messi ilə birgə Argentina millisində, Ronaldu ilə isə "Mançester Yunayted"də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 Sentyabr 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















