Ronaldunu cəza gözləyir: Uzaqlaşdırılma və pul cəriməsi...
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu ilə bağlı intizam tədbiri gündəmə gəlib. Məşq prosesində iştirak etməməsinə görə ulduz futbolçunun müəyyən müddətə milli komandanın oyunlarından kənarlaşdırılması və cərimələnməsi ehtimal olunur.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ronaldu Norveçlə qarşılaşmada meydana çıxmadığı üçün Portuqaliya millisinin təlim-məşq toplanışından ayrılıb. Onun bu qərarı məşq prosesinə də qatılmaması ilə nəticələnib.
Futbolçu məsələ ilə bağlı açıqlamasında milli komandadan nə üçün ayrıldığını münasib vaxtda Portuqaliya ictimaiyyətinə bildirəcəyini söyləyib.
Portuqaliya Futbol Federasiyasının (FPF) intizam qaydalarına əsasən, bu kimi hallarda futbolçuya müxtəlif sanksiyalar tətbiq oluna bilər. Qaydalarda maliyyə cəriməsi ilə yanaşı, milli komandadan bir aydan altı ayadək uzaqlaşdırma cəzası da nəzərdə tutulur.
Məlumata görə, Kriştianu Ronaldu və Portuqaliya Futbol Federasiyası hadisə ilə bağlı yayılan məlumatları təsdiqləyib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Baxış sayı:122
Bu xəbər 01 Oktyabr 2026 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















