Icma.az
close
up
RU
Mbappe Ronaldunu geridə qoydu

Mbappe Ronaldunu geridə qoydu

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dünən UEFA Çempionlar Liqasının 2-ci turunda Qazaxıstan "Kayrat"ını 5:0 hesabı ilə məğlub edən "Real Madrid"in hücumçusu Kilian Mbappe komandasının qələbəsinə het-triklə töhfə verib.

Fanat.Az-ın məlumatına görə, fransalı ulduz qitənin ən nüfuzlu klub turnirində çıxdığı 88 oyunda 60 qol vurub.

Beləliklə, o, ÇL-də 60 qol həddinə 98-ci matçında çatan Kriştianu Ronaldunu geridə qoyub.

Hərçənd Kilian bu göstəricidə rekordçu deyil. Lionel Messi ÇL-də 60-cı qolunu rəqib qapısından 80-ci, Robert Levandovski isə 85-ci oyununda keçirib.

Xatırladaq ki, Mbappe 2024-cü ilin yayından "Real"ın uğurları üçün çalışır. İndiyədək "Kral klubu"nun forması ilə bütün turnirlərdə 68 qarşılaşmada iş başında olan ön xətt oyunçusu 57 qolla yadda qalıb. Onun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://fanat.az
archiveBu xəbər 01 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri