Rosatom İranın Buşehr AES indən işçilərinin təxliyəsinin üçüncü mərhələsinə başlayıb
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Rosatom İranın Buşehr Atom Elektrik Stansiyasından (AES) işçilərinin təxliyəsinin üçüncü mərhələsinə başlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rosatomun rəhbəri Aleksey Lixaçev bildirib.
Onun sözlərinə görə, tezliklə daha iki qrup təxliyə olunacaq.
Lixaçov Rosatomun regiondakı vəziyyət normallaşana qədər AES ərazisindəki mütəxəssislərin sayını minimuma endirəcəyini də söyləyib.
O bildirib ki, Buşehr Atom Elektrik Stansiyasında vəziyyət mənfi istiqamətdə inkişaf etməyə davam edir.
Lixaçov qeyd edib ki, çərşənbə axşamı Moskva vaxtı ilə saat 21:00-da AES-in 1-ci blokunun yaxınlığındakı əraziyə yeni bir zərbə endirilib və heç bir itki olmayıb.
Bu mövzuda digər xəbərlər:İranın Buşehr AES də qalan Rosatom əməkdaşlarının sayı açıqlanıb
26 Mart 2026 17:32
“Rosatom” Buşehr AES in təxliyəsini başa çatdırıb
20 Aprel 2026 21:43
“Rosatom” Buşehr AES ə qayıdışını təxirə saldı
28 May 2026 12:09
İranın Buşehr AES in əməkdaşlarının təxliyəsinin ikinci mərhələsi reallaşacaq
09 Mart 2026 12:38
“Rosatom”: Buşehr AES in tikintisi tədricən bərpa olunur
08 May 2026 18:14
Baxış sayı:343
Bu xəbər 25 Mart 2026 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















