“Rosatom”: Buşehr AES in tikintisi tədricən bərpa olunur
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Buşehr atom elektrik stansiyasının tikintisinə təxminən 2,2 min işçi geri dönüb, obyektin tikintisi tədricən canlanır.
Rusiya mediasının xəbərinə görə, bunu “Rosatom”un rəhbəri Aleksey Lixaçev İrandakı Buşehr AES-in tikintisi ilə bağlı vəziyyətə aydınlıq gətirərkən deyib.
“Tikilməkdə olan 2-ci enerji blokunda əsas işlər armaturun quraşdırılması və beton işlərinə cəmlənib”, - o bildirib.
Lixaçev qeyd edib ki, “Rosatom” müəssisələri planlı şəkildə yeni bloklar üçün avadanlıq istehsalını davam etdirir.
Qeyd edək ki, müharibənin başlanmasından sonra “Rosatom” Buşehr AES-də çalışan 600-dən çox Rusiya vətəndaşını Ermənistan vasitəsilə Rusiyaya təxliyə edib.
Bu mövzuda digər xəbərlər:“Rosatom” Buşehr AES in təxliyəsini başa çatdırıb
20 Aprel 2026 21:43
“Rosatom” Buşehr AES ə qayıdışını təxirə saldı
28 May 2026 12:09
“Rosatom” Buşehr AES ə mütəxəssislərin geri qaytarılmasına BAŞLADI
09 Avqust 2026 17:26
“Rosatom“ rəhbəri İrandakı “Buşehr“ AES də işlərin dayandırıldığını təsdiqləyib
03 Mart 2026 19:08
İranın Buşehr AES də qalan Rosatom əməkdaşlarının sayı açıqlanıb
26 Mart 2026 17:32
Baxış sayı:162
Bu xəbər 08 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















