Icma.az
close
up
RU
Roskosmos rəhbəri ABŞ a səfər etdi: Bloomberg əsas məqsədi açıqladı

Roskosmos rəhbəri ABŞ a səfər etdi: Bloomberg əsas məqsədi açıqladı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

Rusiyanın kosmik agentliyinin – "Roskosmos”un rəhbəri Dmitri Bakanov ABŞ-a səfər edib. 

Qaynarinfo "Bloomberg"ə istinadla yazır ki, səfərin məqsədi Beynəlxalq Kosmik Stansiyanın (BKS) gələcəyi və onun orbitdən çıxarılması məsələlərini müzakirə etməkdir. Bu, 2018-ci ildən bəri Rusiya və ABŞ-ın kosmik proqram rəhbərləri arasında ilk görüş olacaq.

Bakanov Texas ştatındakı Conson adına Kosmik Mərkəzə və Floridadakı Kennedi adına Kosmik Mərkəzə baş çəkəcək. Orada o, NASA-nın direktor vəzifəsini icra edən Şon Daffi ilə BKS-in gələcəyi və onun orbitdən çıxarılması məsələlərini müzakirə edəcək. Bundan əlavə, o, milyarder İlon Maskın "SpaceX” şirkətinin obyektlərinə baş çəkəcək və "Boeing”in kosmik proqram rəhbərliyi ilə görüşəcək.

"Roskosmos”un məlumatına görə, Bakanov Daffi ilə cümə axşamı günü – NASA-nın Crew-11 missiyasının – Rusiya, ABŞ və Yaponiyadan olan astronavtların BKS-ə göndəriləcəyi gün görüşəcək. O, həmçinin ekipaj üzvləri ilə görüşəcək və buraxılış öncəsi tədbirlərdə iştirak edəcək.

Nəşr qeyd edir ki, ABŞ Prezidenti Putinin Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə görə Vaşinqton Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etsə də, NASA hələ də BKS-də Rusiya ilə əməkdaşlığı davam etdirir. Bakanovun səfəri nadir haldır, çünki müharibə səbəbindən bir çox Rusiya rəsmilərinin ABŞ-a girişinə qadağa qoyulub.

NASA-nın nümayəndəsi Bloomberg-ə bildirib ki, "Roskosmos” rəhbərliyi Crew-11 buraxılışı üçün Kennedi Kosmik Mərkəzinə dəvət olunub və tədbir çərçivəsində Daffi ilə qapalı görüş planlaşdırılır.

"Roskosmos”un məlumatına görə, agentliyin rəhbəri həmçinin "Boeing”in çoxistifadəli CST-100 Starliner gəmilərinin istehsal olunduğu kompleksə də baş çəkəcək.

Bundan əvvəl NASA nümayəndələri Aerokosmik Təhlükəsizlik üzrə Məsləhət Qrupunun açıq iclasında Beynəlxalq Kosmik Stansiya üçün kritik təhlükə barədə xəbərdarlıq etmişdilər. Onlar bildirmişdilər ki, BKS orbitdən çıxa bilər.

Həmçinin, "SpaceX” rəhbəri İlon Mask daha əvvəl BKS-in tezliklə məhv edilməsinə çağırmışdı. O, ABŞ-ın Marsa uçuş hazırlığına daha çox diqqət yetirməli olduğunu düşünür.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 30 İyul 2025 13:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri