Icma.az
close
up
RU
Rossbax: Dünya Bakıdan verilən çağırışı eşitməlidir

Rossbax: Dünya Bakıdan verilən çağırışı eşitməlidir

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakıda keçirilən Dünya Şəhər Forumunda (WUF13) səsləndirilən çağırışlar qlobal şəhər inkişafı gündəliyinin əsas istiqamətlərindən birinə çevrilməlidir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bakıda keçirilən Dünya Şəhər Forumunun (WUF13) bağlanış mərasimində BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax deyib.

Onun sözlərinə görə, forumda hökumət nümayəndələri, 88 nazir, 130 mer, yerli və regional idarəetmə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti təşkilatları, özəl sektor rəhbərləri və icmalar bir əsas fikir ətrafında birləşiblər: mənzil siyasəti insanların rifahının mərkəzində dayanmalıdır.

Rossbax bildirib ki, Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də inklüziv, təhlükəsiz, dayanıqlı və davamlı şəhərlərin qurulmasını nəzərdə tutan 11-ci məqsədə nail olmaq üçün mənzil məsələsi əsas alətlərdən biridir.

UN-Habitat rəhbəri qeyd edib ki, Yeni Şəhər Gündəliyinin icrasının yarı mərhələsində Bakıdan verilən mesaj aydındır: növbəti onillik sürətləndirilmiş icra, daha geniş miqyaslı nəticələr və insanların həyatında ölçülə bilən dəyişikliklərlə xarakterizə olunmalıdır.

O, bunun üçün mənzilin yenidən dövlət məsuliyyəti kimi qəbul edilməsinin, şəhər və icmaların gücləndirilməsinin, məcburi köçürmələrin dayandırılmasının, mənzil maliyyələşməsinin transformasiyasının və qərarların etibarlı məlumatlara əsaslanmasının vacibliyini vurğulayıb.

Rossbax əlavə edib ki, iyulda keçiriləcək BMT-nin Yüksək Səviyyəli Siyasi Forumu və Yeni Şəhər Gündəliyinin icmal prosesində mənzil məsələsi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsini sürətləndirən əsas amillərdən biri kimi diqqət mərkəzində saxlanılmalıdır.

UN-Habitat rəhbəri forum iştirakçılarını Bakıdan verilən çağırışları öz ölkələrinə və şəhərlərinə daşımağa səsləyib.

“Dünya Bakıdan verilən bu çağırışı eşitməlidir”, – deyə Rossbax vurğulayıb.

O qeyd edib ki, WUF13 çərçivəsində toplanan bilik, təcrübə, yaradıcı ideyalar və həllər gələcək şəhərlərin formalaşdırılmasına töhfə verməlidir. Rossbax forumun təşkilinə verdiyi töhfəyə görə Azərbaycan hökumətinə və tərəfdaş qurumlara təşəkkür edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:214
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2026 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see310

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see301

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see293

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see285

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see282

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see273

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see264

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see250

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see247

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see244

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see237

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see222

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see220

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see217

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see209

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see208

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see196

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see180

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri