“Rövşən belə söz deyibsə, səhv edib” Mahmud Sadıqovdan qapıçının ittihamına sərt cavab
Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
Rövşən Hüseynlinin futzal üzrə yığma və “Araz-Naxçıvan” ilə vidalaşmasından xəbərdarsız. Təcrübəli qapıçı saytımıza açıqlamasında qərarını yığmanın və “qırmızı-ağlar”ın baş məşqçisi Yevgeni Kukseviçin ona maaşının çox olduğunu, maliyyə sıxıntısı üzündən həmin vəsaiti ödəmək gücündə olmadıqlarını deməsiylə izah edib.
Bəs, maddi problemlər nə ilə bağlıdı? Çatışmazlıq komandanın Çempionlar Liqası üçün hazırlığına nə dərəcədə təsir edəcək?
Bu suallarla “Araz-Naxçıvan”ın vitse-prezidenti Mahmud Sadıqova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hansısa maliyyə problemindən söhbət gedə bilməz. Rövşən belə söz deyibsə, səhv edib. Mövsüm bitəndən sonra məşqçilər korpusuyla görüş oldu. Orda baş məşqçi Yevgeni Kukseviç, köməkçiləri və qapıçılar üzrə məşqçi Rövşənin çıxışından narazı qaldıqlarını, bu üzdən yola davam etməyin düzgün olmayacağını bildirdi. Çempionlar Liqasına hazırlıq davam edir. Gedən futzalçıların yerini doldurmağa çalışırıq. Transferlər rəsmiləşəndən sonra ictimaiyyətə məlumat veriləcək”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 17 İyun 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















