Rövşən İsaxın yeni serialının adı məlum oldu Tezliklə ATVdə yayımlanacaq
Icma.az bildirir, Qaynarinfo portalına istinadən.
Yaxın günlərdə azərbaycanlı rejissor, aktyor Rövşən İsaxın yeni layihəsi ekranlara gələcək.
Bu barədə Qaynarinfo-ya rejissorun özü məlumat verib.
"İmtina" adlı serial dekabr ayında ATV telekanalında yayımlanacaq. Rövşən İsax hazırda çəkiliş meydanlarında olduğunu bildirib:
"Danışmağa imkan yoxdur. Yaxın günlərdə efirdəyik".
Qeyd ki, Rövşən İsaxın "Vicdan haqqı” və "Yuxu kimi” serialları qısa zamanda böyük populyarlıq qazanıb. Məlumata görə, yeni serialda "Yuxu kimi” serialında Fəxri rolunu canlandıran Murad Ruzigar əsas rollardan birini oynayacaq. "Vicdan haqqı" serialının Telmanı - Azad Şükürov da yeni serialda yer ala bilər.
Bu serialda rejissorun yeni aktyorlara üstünlük verəcəyi bildirilir.
Bahar Rüstəmli
Baxış sayı:159
Bu xəbər 19 Noyabr 2024 19:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















