Rövşən Lənkəranskinin xalası oğlu və daha bir Qanuni oğru Rusiyada saxlanıldı VİDEO
Icma.az, Mia.az saytına istinadən bildirir.
“Cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda” şübhəli bilinən Zaur Əhmədov Orenburqda saxlanılıb.
Mia.az "Unikal"a istinadla xəbər verir ki, 47 yaşlı iş adamı Zaur Əhmədov mərhum Rövşən Lənkəranskinin xalası oğlu və qaynıdır.
Onun oğru statusu yoxdur, amma Lənkəranskinin ölümündən sonra öz “imperiyasına” başçılıq edib. Əhmədovu “Food City-nin nəzarətçisi” də adlandırırlar.
Saxlanılan qanuni Oğru Vaqif Süleymanova gəlincə, onun saxlanılmasına səbəb, “Kommersant”ın yazdığına görə, Rusiyada “olma qaydalarının pozulması” olub. O, Azərbaycana deportasiya olunmaq üçün Daxili İşlər Nazirliyinin Baş İdarəsinin Moskvadakı xarici vətəndaşların müvəqqəti saxlanma məntəqəsinə göndərilib. Süleymanov Moskvada müxtəlif biznes layihələri, xüsusən də “Food City” ilə tanınır. O, Tbilisidə anadan olub, gənclik illərini Bakıda keçirib, 1990-cı illərdə Rusiyaya köçüb.
***
Azərbaycan əsilli ən nüfuzlu “qanuni oğru”lardan biri Vaqif Süleymanov Moskvada saxlanılıb.
Bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, o, Saxarovdakı xüsusi müəssisəyə aparılıb və orada üç ay qalacaq. Daha sonra Vaqif Süleymanov Azərbaycana deportasiya olunacaq. O, cinayət iyerarxiyasında yüksək vəzifə tutmaqda ittiham olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 İyul 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















