Icma.az
close
up
RU
Rövşən Lənkəranskinin yaxını olan qanuni oğru axtarışa verildi Bu sxodka ya görə

Rövşən Lənkəranskinin yaxını olan qanuni oğru axtarışa verildi Bu sxodka ya görə

Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda “qanuni oğru”lar Tengiz Xoperiya (Çinka) və İrakli Lejava (Lazare) barəsində “oğru razborkaları”nda iştirak etdiklərinə görə qiyabi olaraq ittiham irəli sürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, ümumilikdə Gürcüstanda “qanuni oğru”lar və kriminal aləmlə əlaqələrə görə 20 nəfər saxlanılıb. Xoperiya, Lejava və biri İnterpol xətti ilə axtarışda olan daha iki şəxsə qarşı qiyabi ittiham irəli sürülüb. Xoperiya və Lejava da axtarışa verilib.

Xüsusi əməliyyat həm Tbilisidə, həm də Acar Muxtar Respublikası, Quriya, İmereti və Kaxeti bölgələrində keçirilib.

İstintaqın məlumatına görə, saxlanılan şəxslərə qarşı aparılan gizli müşahidələr nəticəsində müəyyən edilib ki, onlar şəxsi mənfəət əldə etmək məqsədilə vətəndaşlar arasında maliyyə mübahisələrinin həllinə müdaxilə ediblər.

Araşdırmanın nəticələrinə əsasən, Gürcüstan və Türkiyə ərazisində təqsirləndirilən şəxslərin və mübahisə edən tərəflərin iştirakı ilə “oğru razborkaları” təşkil olunub və bu mübahisələrdə ölkə xaricində olan “qanuni oğru”lar Tengiz Xoperiya və İrakli Lejava da iştirak ediblər.

Müəyyən edilib ki, təqsirləndirilən şəxslər “oğru ənənələrinə” uyğun olaraq qərarlar qəbul edib və mübahisə edən tərəflərdən birini digər tərəfə, eləcə də öz xeyirlərinə pul ödəməyə məcbur ediblər.

Təyin olunmuş konkret müddətlərin pozulması halında isə onları fiziki zorakılıq və həyatdan məhrum etməklə hədələyiblər.

Polis tərəfindən təqsirləndirilən şəxslərin şəxsi və yaşayış evlərində aparılan axtarış zamanı sübut kimi kompüter avadanlığı və mobil telefonlar götürülüb. Bu cihazlarla onlar bir-biriləri ilə və xaricdə olan kriminal avtoritetlər və “qanuni oğru”larla əlaqə saxlayıblar.

İstintaq hərəkətləri nəticəsində polis tərəfindən müxtəlif növ narkotik vasitələr və atəşli silahlar da götürülüb.

Təqsirləndirilən şəxsləri 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Qeyd edək ki, "Çinka" ləqəbli "qanuni oğru" mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamı olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://lent.az
archiveBu xəbər 18 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri