Rövşən Nəcəf "Sabah"a uğurlar arzuladı
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
AFFA prezidenti Rövşən Nəcəf Azərbaycan çempionu "Sabah" futbol klubuna UEFA Çempionlar Liqasının əsas mərhələsində uğurlar arzulayıb.
Axar.az xəbər verir ki, qurum rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
"Azərbaycan çempionu "Sabah" futbol klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizəyə başlayır.
Komandamıza bu nüfuzlu turnirdə uğurlar arzulayıram. İnanıram ki, futbolçularımız əzmkar mübarizə və baxımlı oyun nümayiş etdirərək azarkeşlərə əsl futbol həyəcanı yaşadacaqlar", – deyə R. Nəcəf bildirib.
Qeyd edək ki, "Sabah" qitənin ən nüfuzlu klub turnirində ilk oyununu səfərdə İngiltərə təmsilçisi "Mançester Yunayted"ə qarşı keçirəcək. Sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Sentyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















