Icma.az
close
up
RU
Rövşən Tağıyev: “Hamı faciəni izləyir, amma qaydalar yenə pozulur“

Rövşən Tağıyev: “Hamı faciəni izləyir, amma qaydalar yenə pozulur“

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yollar artıq sadəcə nəqliyyatın hərəkət etdiyi məkan deyil. Təəssüf ki, bu gün yollar yüzlərlə insanın yarımçıq qalan həyat hekayəsinin son ünvanına çevrilib".

Bunu Moderator.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi Rövşən Tağıyev deyib.

O bildirib ki, sükan arxasında bir anlıq tələskənlik, bir saniyəlik məsuliyyətsizlik, "mənə heç nə olmaz" düşüncəsi bir çox hallarda geri dönüşü olmayan faciə ilə bitir.

"Hər gün eyni xəbərlər, eyni ssenari:

Sürət həddi aşılır.

Əks zolağa çıxılır.

İşıqforun qırmızı işığında keçilir.

Sərxoş halda sükan arxasına əyləşilir.

Telefonla danışaraq avtomobil idarə edilir.

Və nəticə dəyişmir… Dağılan ailələr, ömürlük vicdan əzabı, uşaqsız qalan analar, atasız böyüyən körpələr, yarımçıq qalan arzular.

Bu gün yollar 100-lərlə insanın həyatını məhv edib. Sabahın kimə qismət olacağını isə heç kim bilmir. Bəlkə də növbəti qurban elə bir neçə saniyə sonra sükan arxasında risk edən bir sürücüdür. Bəlkə də yol kənarında dayanan günahsız bir piyadadır. Bəlkə də evinə tələsən bir ata, dərsə gedən bir tələbə, toyuna hazırlaşan bir gəncdir.

Hamı nəticəni görür. Hamı faciəni izləyir. Amma qaydalar yenə pozulur.

Bəs niyə dərs çıxarmırıq? Niyə hər dəfə eyni səhvi təkrar edirik? Niyə baş verən onlarla faciə bizi dayandırmır? Niyə bir başqasının itkisi bizi ayıltmır?

Unuduruq ki, sükan arxasında edilən kobud qayda pozuntusu təkcə sürücünün deyil - tamamilə günahsız insanların da həyatını əlindən alır. Bir ailənin bütün gələcəyini bir neçə saniyəyə məhv edir.

Bu gün qaydanı pozan sürücü sabahın xəbər başlığına çevrilə bilər. Bu gün "mənə heç nə olmaz" deyən sabah şəkli çərçivəyə salınan bir xatirəyə dönə bilər.

Gəlin, bir anlıq tələskənliyə görə ailələrin göz yaşına səbəb olmayaq. Gəlin, sükan arxasına keçəndə yalnız öz həyatımızı deyil, başqalarının da taleyini daşıdığımızı unutmayaq.

Bir qayda pozuntusu bir həyatın sonu ola bilər. Bir səhv bir ailənin faciəsinə çevrilə bilər. Bu gün bunu düşünməsək, sabah gec olacaq", - o qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Dekabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see279

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see260

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see211

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see203

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see181

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see175

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see150

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see149

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see144

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see143

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see142

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri