Icma.az
close
up
RU
“Rövşənə bunu deyənlər bilməlidir ki...” Əməkdar artist QƏZƏBLƏNDİ

“Rövşənə bunu deyənlər bilməlidir ki...” Əməkdar artist QƏZƏBLƏNDİ

Icma.az, Publika.az saytına istinadən bildirir.

“Çimnazı cəmiyyətə tanıdan Rövşən İsax olub. Aktrisanın üzərində çəkdiyi əziyyətləri danmaq olmaz. Gərək Rövşən müəllim haqqında danışanlar onun əziyyətlərini də nəzərə alsınlar”.

Publika.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a Əməkdar artist Azad Şükürov tanınmış rejissor Rövşən İsaxın mərhum aktrisa Çimnaz Sultanova ilə bağlı qalmaqallı fikirlərinə münasibət bildirirkən söyləyib. O, açıqlamasını belə davam etdirib:

“Rövşən İsax respublikada tanınan, peşəsində böyük uğurlar qazanmış istedadlı rejissordur. Peşəkar, təhsili və zəngin təcrübəsi ilə o, adını mədəniyyət tarixinə yazdırıb. Onun hər sözündə özünəməxsus bir həqiqət var. Lakin bəzən bu sözlər şişirdilərək fərqli mənalar daşıyır. Çimnaz xanıma gəlincə, o, böyük potensiala sahib istedadlı bir aktrisa idi. Aktyorluq sahəsində müəyyən uğurlar qazansa da, daha böyük zirvələrə çatma şansı vardı. Mən onunla birlikdə Rövşən İsaxın rejissorluq etdiyi "Vicdan Haqqı" serialında rol almışam. O çəkilişlərdən Çimnaz xanımın həm istedadını, həm də səmimiyyətini müşahidə etmişəm. Təəssüf ki, amansız xəstəlik onu erkən yaşda bizdən ayırdı.

Çimnaz xanımın şəxsi həyatı barədə dərin məlumatım yoxdur, lakin yüksək mədəniyyətə sahib bir insan olduğunu görmüşəm. Onun oturuşu, duruşu və səhnədəki mövcudluğu həmişə diqqətçəkən olub. Dünyasını dəyişən insanlar haqqında danışarkən ehtiyatlı olmaq, yalnız xoş sözlər söyləmək lazımdır. Qadın haqqında pis danışmaq isə ümumiyyətlə, qəbulolunmazdır. Allah ona rəhmət eləsin, məkanı cənnət olsun”.

A.Şükürov rejissorun tənqid olunmasını haqsızlıq adlandırıb:

“Rövşən müəllimin reaksiyalarına gəldikdə, düşünürəm ki, bu, onun emosiallığından irəli gəlir. O, həmişə nə dediyini yaxşı bilir və hərəkətlərində məntiqlidir. Lakin onun belə bir qınaq obyektinə çevrilməsi ədalətsizlikdir. Çimnaz xanımı Azərbaycan mədəniyyətinə tanıdan şəxs məhz Rövşən İsax olub. Onun çəkilişlərdə Çimnaz xanımla necə işlədiyini, ona dəstək verdiyini və sənətini formalaşdırdığını şəxsən görmüşəm. Rövşən İsaxın Çimnazın sənət yolundakı rolunu inkar etmək haqsızlıqdır. Hər kəs onun çəkdiyi zəhməti və verdiyi töhfələri dəyərləndirməli, məsuliyyətlə danışmalıdır. Bütün bunları nəzərə alaraq, Rövşən müəllimə və onun yaratdığı dəyərlərə hörmətlə yanaşmalıyıq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://publika.az
archiveBu xəbər 23 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see246

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see202

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see174

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see144

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see143

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see141

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see139

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see133

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see132

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see132

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see128

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see123

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see123

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see123

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see123

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see122

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see121

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri