Roys Los Anceles Qalaksi ilə yeni müqavilə imzaladı
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-nin "Los-Anceles Qalaksi" klubu yarımmüdafiəçi Marko Roysla müqavilənin müddətini uzatdığını rəsmən açıqlayıb.
"Ölkə.az" xəbər verir ki, 36 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni sözləşmənin müddəti 2027-ci ilin dekabrına qədər nəzərdə tutulub.
2024-cü ilin avqustunda komandaya qoşulan Roys keçirdiyi 42 matçda 22 qolda pay sahibi olub (qol+ötürmə) və klubun sözügedən ildə MLS Kubokunu qazanmasında əsas rol oynayıb. Cari mövsümün ilk üç oyunundan ikisində meydana kapitan kimi çıxan təcrübəli oyunçu, komandasının 2026-cı ildə ilk qolunun ötürməsini edib.
Qeyd edək ki, "Los-Anceles Qalaksi"yə keçməzdən əvvəl Dortmund "Borussiya"sında çıxış edən Roys bu komandada 429 oyunda 170 qol və 131 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində iki dəfə Almaniyada ilin futbolçusu seçilib, üç dəfə Almaniya Superkubokunu və iki dəfə Almaniya Kubokunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 01 Mart 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















