Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

Ronaldo dönəmi başa çatır

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Los Anceles. Deja vyu...

Los Anceles. Deja vyu...

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sovet illərində bizə "kapitalizmin sağalmaz yaraları”ndan danışırdılar. Əksəriyyət gülüb keçirdi, bunu ideoloji klişe sayırdı. Ancaq nahaq. Yaralar var və Sistem daxilində sağalmazdır. Odur ki, o Sovet ifadəsini dırnaqcıqlar arasında yazmağın vaxtı çoxdan keçib.

Los-Ancelesdə davam edən xalq qiyamı həm sağalmaz yaraların nəticəsidir, həm də neçənci dəfə təkrarlanmaqla deja vyu effekti yaradır. Əlbəttə, bu üsyan Sistemi dəyişmək gücündə deyil, ideologiyadan, avanqarddan, təşkilatdan, taktika və strategiyadan məhrumdur, ancaq hadisələr təkrarlanırsa, deməli, təsadüfdən yox, qanunauyğunluqdan danışmaq lazımdır.

Keçmişə qayıdaq və Los-Ancelesdə 1992-ci ilin mayında baş vermiş üsyanı xatırlayaq. O vaxt baş verənlər amerikalıların sevimli "döyüş filmləri”nin kadrlarına bənzəyirdi. On minlərlə insanın dirənişi, yanan maşınlar, qarət olunan mağazalar, dağıdılan binalar, şəhərin üzərində sıx tüstü dumanı. Və silahsız əhaliyə qarşı dövlətin cəza ekspedisiyası. O vaxtkı Qiyam rəsmi məlumatlara görə 53 adamın ölümü ilə bitdi, 11 min adam həbs olundu (bu, ABŞ tarixiində ən kütləvi həbslər idi). 

Beləliklə, 1992-ci il. ABŞ "Soyuq müharibə”ni təzəlikcə udub, artıq SSRİ yoxdur, Frensis Fukuyamanın "Tarixin sonu” sicilləməsinin ilk nəşri çapa hazırlanır və tezliklə bütün dünyada təbliğ olunacaq. Şərqi Avropa Qərb qarşısında üfqi poza alıb, hər yerdə Ostap Benderin "Xaric bizə kömək edəcək” kəlməsini mantra kimi təkrarlayırlar, Azərbaycanda isə yerli "bəylər” Vaşinqton obkomunun xeyir-duası ilə (bu haqda Zərdüşt Əlizadənin "İkinci Respublikanın sonu” kitabında oxuya bilərsiz) ölkənin ilk prezidentini devirməyə hazırlaşırlar.

Los-Ancelesdə Qiyam mayın 5-də yatırılır. Mayın 15-də Bakıda hakimiyyəti devirənlərə həmin vaxt təriflədikləri ABŞ-da baş verən o dəhşətlərdən danışsaydınız, sizi sadəcə "demokratiyanın düşməni” və yalançı adlandırardılar. Bəs necə? - axı onlar ABŞ-ı "demokratiyanın mayakı”, "İnsan haqlarının mərkəzi”, "Ədalətin təcəssümü” sayırlar və ya özlərini bunlara inanmış kimi göstərirlər. Bir sözlə, Los-Ancelesdə öz xalqına kütləvi divan tutan ABŞ Azərbaycana demokratiya ixrac edir, marionetlər də ona səcdəgah kimi baxaraq ölkələrinə soxulan vəhşi kapitalizmə əl çalırdılar.

Əksər insanlar gördüklərinə yox, inanmaq istədiklərinə inanmağı seçir. Manipulyatorların həyasız təbliğatının da burada rolu həlledicidir. Kim ki yalanla razılaşmır - vəziyyəti dəyişmək gücündə də deyil, çünki qaydalar tanımayan qarşıdurmalarda haqlı olanlın fəaliyyəti soyuq ağıla və əxlaq kodeksinə tabedir. Əks cinahda isə emosiyalar və həyasızlıq var.

Bununla da 33 il əvvəl Los-Ancelesdə zorakılığın orgiyası yaşananda və hərbçilərə öldürmək hüququ veriləndə keçmiş sosialist düşərgəsində ABŞ-a "Həsrəti çəkilən ölkə” kimi baxırdılar. Bu gün Los-Ancelesdə yenə analoji hadisələr təkrarlanır və obıvatel yenə əsas sualı səsləndirmir: "Bu, necə ədalətli cəmiyyətdir ki, orada insanlar ədalət uğrunda ümidsiz üsyana qalxır və hər dəfə də dövlətin zor aparatının qəddarlığına uduzurlar?”

33 il əvvəl Los-Anceles qiyamı üçün detonator rolunu zənci yeniyetməyə 4 ağ polisin işgəncə verməsi və polislərin məhkəmə tərəfindən sərbəst buraxılması oynadı. Küçələrə axışan insanlar şəhəri xaosun mərkəzinə çevirdi. Zənginlər yaşayan rayonlara, bahalı otellərə, supermarketlərə hücumlar edildi, avtomobillər yandırıldı. Və şəhər narazıların nəzarətinə keçdi.

Həmin vaxt isteblişmenti ən çox təəccübləndirən isə etirazlarda bütün irqlərin nümayəndələrinin birgə iştirakı oldu. Ağlar, qaralar, Asiyadan və Latın Amerikasından gələnlər - hamısı birləşdi. Hətta küçə bandaları öz aralarındakı müharibəni dayandıraraq ümumi dirənişə qoşuldu.

Hadisələr aprelin 30-da başladı, hakimiyyət isə şokun öhdəsindən yalnız mayın 2-də gələ bildi. Həmiin gün şəhərə 9 min polis, 10 min Milli qvardiyaçı, 3300 əsgər və dəniz piyadası yeridildi. Müqavimət mayın 5-nə qədər davam etdi. Yüzlərlə insan güllə yarası aldı, 53 nəfər qətlə yetirildi. 

Öldürülənlərin çoxunun Qiymda iştirak etmədiyi bəlli oldu. Sonra həbslər başladı. Həbs olunanların 5500-ü qaradərili, 5600-ü isə ağlar idi. Dəyən ziyanı hesablayan sığorta şirkətlərinə görə, 1992-ci ilin Los-Anceles üsyanı ABŞ tarixində baş vermiş iri fəlakətlər siyahısında beşinci yeri tutur.

Əslində həm 33 il əvvəlki, həm də hazırda davam edən Los-Anceles qiyamları sinfi müharibənin epizodları və həlli olmayan sinfi ziddiyyətlərin açıq fazaya keçməsidir. Ancaq məğlubiyyət də qaçılmazdır. Çünki, sinfi şüur istismar olunanlarda yox, məhz istismar edənlərdə formalaşıb... 

Məmməd Süleymanov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 12 İyun 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see617

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see319

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see314

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see228

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see224

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see222

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see222

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see216

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see212

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see208

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see208

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see207

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see206

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see204

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see203

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see201

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see200

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see200

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see199

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri