Roza Zərgərlinin Qazaxıstan turu təxirə salındı: Bədbəxt hadisə baş verib
Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müğənni Roza Zərgərlinin Qazaxıstan şəhərlərini əhatə edən konsert turu payızadək təxirə salınıb.
Lent.az xəbər verir ki, bu barədə müğənni özü sosial şəbəkə hesabında paylaşıb.
Əvvəlcə qazaxıstanlı pərəstişkarları ilə görüş üçün bahar fəslini seçən sənətçinin turu, plan üzrə məhz bu gün, 15 mayda Astanada başlamalı idi. Lakin müğənni dəyişikliklərlə bağlı izləyicilərinə müraciət edib:
"Son ana qədər gözlədik ki, bəlkə nəsə dəyişər və biz Qazaxıstan turunu ləğv etməli olmarıq. Amma mən və təşkilatçılar nə qədər çalışsaq da, 15-25 may tarixləri üçün nəzərdə tutulan planı reallaşdıra bilmədik. Təşkilatçıların vəziyyətini anlayışla qarşıladım, orada kiçik bir bədbəxt hadisə baş verib".
Müğənninin sözlərinə görə, hazırlıq prosesi sürətlə davam edirdi; möhtəşəm kostyumlar və hətta qazax dilində mahnı belə hazır idi. Sənətçi qeyd edib ki, may ayı üçün alınan biletlər sentyabrda keçiriləcək konsertlərdə etibarlı sayılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 15 May 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















