Icma.az
close
up
RU
Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir? SENSASİON DETALLAR

Ruben Vardanyanla Cefri Epşteyni nə birləşdirir? SENSASİON DETALLAR

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Heç bir cinayət cəzasız qalmır. Necə ki, insanlıq qatili Ruben Vardanyan artıq 3 ildir ki, dəmir barmaqlıqlar arxasında cinayətlərinin əvəzini ödəyir.
Vardanyanın cinayətləri təkcə Azərbaycana qarşı yox, bütün sivilizasiyaya qarşı yönəlib. Ona görə də onun törətdiyi cinayətlərdən təkcə azərbaycanlılar yox, bütün insanlıq əziyyət çəkir.
Pulun hökmü və yaxud cinayətkarın pulu
Doğrudur bu gün Vardanyan öz layiqli cəzasını çəkir. Amma nə yazıq ki, onun arxasınca buraxdığı milyonlar bəzilərinin gözünü qamaşdırır. “Bulanıq suda balıq ovlamaq” istəyən bəzi üzdəniraq təşkilatlar və Qərb rəsmləri bu gün nəinki Vardanyana yas tutur, həm də onun “hüquqlarının müdafiəçisi” kimi çıxış edir. Bütün bu çirkin kampaniyanın arxasında isə Vardanyanın arvadı- Veronika Feliksovna Zonabend dayanır.
Bu qadın Vardanyanın sərvətlərindən yararlanaraq asanlıqla Qərbin bəzi dairələri ilə iş birliyi qurur.
Pula həris Qərb “adamları” da daha çox qazanc əldə etmək üçün gündə ortaya bir ideya atırlar. Bu fərdlər təkcə Vardanyanın cinayət əməllərini ört-basdır etmirlər, həm də onun”günahsızlığını” sübut etmək üçün dəridən-qabıqdan çıxırlar.
Görün bu adamların gözünü pul hərisliyi necə tutubsa onlar insanlıq qatili-Ruben Vardanyanı Nobel Sülh Mükafatına namizəd göstərməyə çalışırlar. Bu isə əclaflığın son mərhələsidir.
Erməni milyarderin "dostları" və tərəfdaşları arasında  Qərbin bir sıra tanınmış fərdləri də var. Hansı ki, bu fərdlər uzun illər Vardanyanın təsis etdiyi “qlobal humanitar” layihələrdən doyunca bəhrələniblər.
Gəlin onların bəzilərini daha yaxından tanıyaq:

Bernar Kuşner: Fransanın keçmiş xarici işlər naziri və "Sərhədsiz Həkimlər" təşkilatının həmtəsisçisi. O, Vardanyanı açıq şəkildə "dostum" adlandıraraq onun müdafiəsinə qalxıb]
  Paul Polman: Transmilli nəhəng "Unilever" şirkətinin keçmiş baş icraçı direktoru (CEO). O, Vardanyanın azad edilməsi üçün Beynəlxalq kampaniyasının aktiv iştirakçılarındandır.
  Marina Kalyurand: Avropa Parlamentinin deputatı və Cənubi Qafqazla əlaqələr nümayəndəliyinin keçmiş rəhbəri. O, hələ Laçın yolundakı aksiyalar dövründən Avropa Parlamentində Vardanyanın fəaliyyətini açıq şəkildə müdafiə edən bəyanatlarla çıxış edirdi.
  Luis Moreno Okampo Beynəlxalq Cinayət Məhkəməsinə rəhbərlik etmiş prokuror. "Ermənistanın Avropalı Dostları" (EuFoA) şəbəkəsi vasitəsilə Avropa Parlamentində Vardanyan və digər separatçıları müdafiə edən kampaniyaların əsas təşkilatçısıdır.
  Avropa Erməni Ədalət və Demokratiya Federasiyası (EAFJD): Avropa Parlamentində fəaliyyət göstərən əsas erməni lobbi qrupudur. Bu qrup Vardanyanın maraqlarını qorumaq üçün avropalı deputatlar arasında sıx şəbəkə qurub.
  "Aurora" Humanitar Təşəbbüsü (Aurora Humanitarian Initiative): Vardanyanın özünün qlobal miqyasda nüfuz qazanmaq üçün təsis etdiyi beynəlxalq fonddur. Fondun seçici komissiyalarında Avropanın tanınmış humanitar xadimləri təmsil olunur və hazırda onun piar işini aparırlar.
  "Ermənistanın Avropalı Dostları" (EuFoA): Avropa İttifaqı təsisatlarında birbaşa erməni oliqarxlarının, o cümlədən Vardanyanın maliyyə dəstəyi ilə qərarların qəbuluna təsir göstərməyə çalışan təşkilatdır.
 

Belələrinin cəminə bir Türk “tokatı”
Belələrinə ən yaxşı cavabı isə Türk əsilli Amerika mühəndisi, “Integrated Polymer Industries” şirkətinin qurucusu, B-2 bombardmançı təyyarələri üçün görünməzlik təmin edən örtük materiallarının müəllifi və yazıçı Ergün Kırlıkovalıdır.
Onun Vardanyanın qatı tərəfdarlarından biri də  Nyu-York Universitetinin professoru, Livan əsilli yazıçı Nassim Nikolas Talebəyə yazdığı son məktubda  Kırlıkovalı neçə illərdir ki, Ruben Vardanyanın "xeyriyyəçiliklə" bağlı sistemli illüziyalarına işıq tutur. Və Talebəni Ruben Vardanyanla bağlı mövqeyinə yenidən baxmağa çağırıb:
“Vardanyanın maliyyə şəbəkəsinin, fəaliyyət tarixçəsinin və qəfil siyasi manevrlərinin ciddi təhlili göstərir ki, onun yüksək profilli xeyriyyəçi obrazı klassik mənada sizin “narrativ qalxan” adlandıracağınız bir vasitədir — qeyri-qanuni maliyyə fəaliyyəti və geosiyasi sabitliyin pozulması ilə bağlı reallığı gizlədən bir örtükdür”.
Kırlıkovalı qeyd edib ki, Nassim Nikolas Talebin Ruben Vardanyanın həbsini təqdimetmə tərzi Vardanyanın bölgədə mövcudluğu nəticəsində yaranmış kəskin siyasi qeyri-sabitliyi nəzərə almır:
“Onun 2022-ci ilin sonlarında Qarabağa qəfil gətirilməsi yerli sabitliyi birbaşa sarsıtdı və bu proses onun həbs edilməsi, daha sonra isə terrorçuluğun maliyyələşdirilməsi və qanunsuz silahlı qrupların yaradılması ittihamları ilə 2026-cı ilin fevralında Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il müddətinə azadlıqdan məhrum olunması ilə nəticələndi”.
Ergün Kırlıkovalı diqqətə çatdırıb ki, Vardanyanın “Troika Dialog” bankı “Troika Laundromat” adlanan sxemin mərkəzində fəaliyyət göstərib:
“Qlobal maliyyə qurumları və hüquqi araşdırmaçıların məlumatına görə, bu şəbəkə əsas və ikinci dərəcəli “layering” vəsaitlərin çoxpilləli şəkildə gizlədilməsi üsullarından istifadə edib, mürəkkəb ofşor sxemlər, vasitəçi banklar və saxta şirkətlər vasitəsilə Rusiyadan milyardlarla dolların qanunsuz çıxarılmasını təşkil edib, eyni zamanda son benefisiar sahibləri sistemli şəkildə gizlədib.
Bundan əlavə, bank auditləri şəbəkənin adi və heç nədən xəbəri olmayan vətəndaşlardan hüquqi şəxslərin hesablarını formal olaraq onların adına rəsmiləşdirmək üçün necə istifadə etdiyini, onların şəxsiyyətindən mürəkkəb beynəlxalq maliyyə şəbəkələri vasitəsilə kapitalın hərəkəti üçün yararlandığını ətraflı şəkildə ortaya qoyub”.
Ergün Kırlıkovalının sözlərinə görə, sistemli maliyyə pozuntularından əlavə, Vardanyanın fəaliyyəti birbaşa hüquqi və təhlükəsizlik nəticələri də doğurur.
Bəli bu gün Vardanyan kimi insanlq qatilinin müdafiə etmək regional zorakılığı maliyyələşdirən mexanizmləri fəal şəkildə müdafiə etmək deməkdir.
Vardanyanpərəstlərə xırda xatırlatma
Son illərdə çirkli pulların yuyulmasında və terrorizmin dəstəklənməsində ən çox müzakirə olunanlardan biri də Ruben Vardanyandır. Onun rəhbərlik etdiyi "Troika Dialog" investisiya bankının adı beynəlxalq araşdırmalarda iri həcmli ofşor maliyyə şəbəkəsi ilə əlaqələndirilib.
2019-cu ilin martında OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) və 20-dən çox beynəlxalq media qurumunun birgə araşdırması "Troika Laundromat" adlı maliyyə şəbəkəsini ifşa etdi. Araşdırmaya görə, 2006–2013-cü illər arasında təxminən 4,6 milyard ABŞ dolları, digər hesablamalara görə isə 8,8 milyard dollara çatan maliyyə axını onlarla ofşor şirkət vasitəsilə həyata keçirilib.
 

Araşdırmada göstərilir ki, sistem ən azı 76 ofşor şirkətdən, 1,3 milyon sızdırılmış bank əməliyyatından və 238 mindən çox şirkətə aid sənədlərdən ibarət məlumat bazası əsasında təhlil edilib. Şirkətlərin böyük hissəsi Britaniya Vircin adaları və digər ofşor yurisdiksiyalarda qeydiyyatdan keçmişdi.

OCCRP sənədlərində Vardanyan və ailəsinin də bu şəbəkəyə aid şirkətlərdən ümumilikdə 3,2 milyon ABŞ dollarından artıq vəsait aldığı, həmin vəsaitlərin American Express kart ödənişlərinə, ailə hesablarına və Böyük Britaniyada övladlarının təhsil haqlarına yönəldiyi qeyd olunur.
Vardanyan ətrafında yaranmış beynəlxalq müzakirələr bir daha göstərir ki, ofşor maliyyə şəbəkələri təkcə iqtisadi deyil, həm də siyasi və təhlükəsizlik baxımından ciddi risk yaradır.
Məhz buna görə FATF, Avropa İttifaqı və digər beynəlxalq institutlar benefisiar sahibliyin açıqlanması, şübhəli maliyyə əməliyyatlarının izlənməsi və ofşor sxemlərə qarşı mübarizəni qlobal prioritetlərdən biri hesab edirlər.
Vardanyanı Epşteynlə birləşdirən ortaq nöqtə
Son aylarda dünya gündəmini ən çox məşğul edən Amerikalı maliyyəçi Cefri Epşteyn cinayətləridir.
Halbuki son illərə kimi əksəriyyət onu xeyriyyəçi, humanitar layihələrin moderatoru və maliyyəçi kimi tanıyırdı. Amma onun ölümündən sonra açıqlanan iyrəncliklər Epşteynin əsl insanlıq düşməni olduğunu təsdiqlədi.
Bu gün də Qərbin bəzi fərdləri Vardanyanı xeyriyyəçi kimi xarakterizə edirlər. Amma onlar Azərbaycanın hüquq-mühafizə orqanlarının Vardanyanın Qarabağda və Beynəlxalq aləmdə tötərdiyi cinayətlər barədə ortaya qoyduğu təkzibolunmaz sübutlarla tanış deyillər.
Ona görə də bu gün Vardanyanın arvadından aldıqları pulla ağız dolusu və iştahla danışırlar.
Görəsən Azərbaycanın qətiyyəti hesabına Epşteyn kimi Vardanyanın da cinayətlərin ortaya töküləndən sonra da belə həvəsli danışacaqlar?
Bunu artıq zaman göstərəcək.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:150
embedMənbə:https://bizim.media
archiveBu xəbər 06 Avqust 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri