Icma.az
close
up
RU
Ruben Vardanyanla bağlı yanaşma faktların təhrifinə əsaslanır

Ruben Vardanyanla bağlı yanaşma faktların təhrifinə əsaslanır

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropa Parlamentində fəaliyyət göstərən siyasi qruplar tərəfindən növbəti anti-Azərbaycan qətnaməsində əsassız və qərəzli müddəalar yer alib və ölkənin daxili işlərinə müdaxilə etməyə cəhd göstərilir.  

Bu həmin siyasi qruplardır ki, işğal dövründə və Vətən müharibəsi zamanı Azərbaycana qarşı əsassız ittihamlarla və bəyanatlarla çıxış etmiş, faktiki işğalı dəstəkləmiş və Ermənistanı himayə etmişlər. Hazırki qətnamədəki iddialar qəbuledilməz olmaqla yanaşı, regionda mövcud olan de-fakto sülhə, sabitliyə təhdid yaradır. Aİ institutları ikitərəfli münasibətləri gərginləşdirən, lüzumsuz addımlar atmaqdan çəkinməlidir. 

Müxtəlif cinayətlərin törədilməsində ittiham olunan və hazırda istintaqı davam edən şəxslərin  siyasi məhbus adlandırılması məhkəməyə təziq vasitəsidir. 
Ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradan istənilən qeyri-qanuni əməlin qarşısının alınması  dövlətin suveren hüquqdur və bu məsələdə təziq heç bir nəticə verməyəcək. 

İnsan hüquqları və demokratiyadan təzyiq vasitəsi kimi istifadə etməyə çalışan Avropa Parlamenti Avropada insan hüquqlarının vəziyyətindən niyə danışmır? 21-ci əsrdə davam edən yeni müstəmləkəçilik meylləri ilə xalqların assimilasiyaya məruz qoyulmasından, yoxsul hala salınmasından, sərvətlərinin talanıb Avropaya daşınmasını niyə işıqlandırmır? Avropada İslamafobiya, anti-semitizm meylləri də getdikcə artır. 

Avropa İttifaqı Ermənistandakı anti-demokratik proseslərə tamamilə göz yumub. Avropa İttifaqı-Ermənistan tərəfdaşlığı üçün strateji gündəlik” sənədində bu hallarla bağlı bir kəlmə belə yer almır, əksinə, Azərbaycan əleyhinə qəbuledilməz ifadələr işlədilir. 

AP Ukraynaya qarşı müharibəni də maliyyələşdirənlərdən biri olan Ruben Vardanyanı “əsir” adlandıraraq, müharibə cinaəytkarını azad etməyə çağırır. Sənəddə “əsir” kimi istinad edilən şəxslər müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin, müharibə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunaraq həbs ediliblər. 30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işğəncələr verərək, insanlıq adına vəhşiliklər törədərək yüz minlərlə azərbaycanlını öz evindən, vətənindən didərgin salan və həmçinin, etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz.

Bu kimi qətnamələr Aİ ilə münasibətlərə zərbə vurmaqla yanaşı, regionda mövcud olmağa hesablanıb. Eyni zamanda Vaşinqton prosesindən sonra ABŞ-ın sülhdə roluna qısqanclıqla yanaşaraq, vəziyyəti yenidən gərginləşdirmək məqsədi daşıyır. 
Pərvanə Vəliyeva
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:173
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see340

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see291

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see276

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see258

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see253

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see237

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see236

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see222

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see221

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see214

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see214

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see213

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see213

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see212

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see212

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see211

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see208

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see205

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see195

12 günlük müalicədən sonra evə buraxıldı Əməliyyat olunacaq

27 Noyabr 2026 22:13see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri