Rubio Mirzoyan bəyanatı: ABŞ və Ermənistan TRIPP Development Company dən nə qazanacaq?
Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.
ABŞ Ermənistanla birgə yaradılacaq "TRIPP Development Company"də (Tramp Marşrutunun operatoru) nəzarət paketi əldə edəcək.
Turkustan.az-ın xəbərinə görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu (TRIPP) ilə bağlı birgə bəyanatında bildirilib. Bəyanat ABŞ Dövlət Departamentinin saytında dərc olunub.
"Ermənistan "TRIPP Development Company"yə 49 il müddətinə inkişaf hüququ vermək niyyətindədir. Ehtimal edilir ki, ABŞ 74%-ə, Ermənistan isə 26%-ə sahib olacaq", - deyə bəyanatda bildirilib.
Həmçinin qeyd olunur ki, səhmdarlar strukturunda və ya son benefisiarlarda istənilən dəyişiklik ABŞ və Ermənistan hökumətləri tərəfindən əvvəlcədən razılaşdırılmalıdır. TRIPP-in inkişafı üzrə şirkət multimodal infrastrukturun planlaşdırılması, tikintisi, istismarı və xidmət göstərilməsi, xüsusi layihə şirkətlərinin yaradılması; podratçılar və operatorlarla müqavilələrin bağlanması, gəlirlərin generasiyası və toplanması, eləcə də TRIPP marşrutunun idarə edilməsi üçün müstəsna hüquq əldə edəcək.
Əməliyyat şirkəti tərəfindən idarə oluna biləcək mümkün obyektlərə dəmir yolu infrastrukturu, avtomobil yolları, körpülər və tunellər, enerji infrastrukturu və rəqəmsal infrastruktur (fiber-optik kabellər), eləcə də köməkçi obyektlər və təhlükəsizlik sistemləri daxildir.
Sənəddə, həmçinin vurğulanır ki, şirkətin gəlir mənbəyi təqdim edilən infrastruktura çıxış haqqı, kommersiya fəaliyyəti, icarə və xidmət haqları olacaq.
Şirkət "front and back office" əməliyyat modeli əsasında fəaliyyət göstərəcək. "Front office" sənədlərin qəbulu və yoxlanılması, informasiya dəstəyi, vəsaitlərin toplanması (vergilər birbaşa Ermənistan büdcəsinə köçürüləcək) və inzibati işlərlə məşğul olacaq.
Öz növbəsində Ermənistan dövlət orqanlarından təşkil edilən "back office" yekun gömrük qərarları qəbul edəcək, təhlükəsizlik nəzarətini, immiqrasiya nəzarətini, inspeksiyanı təmin edəcək və icazələr verəcək.
Sənədə əsasən, ABŞ layihənin reallaşdırılmasından investisiyalar, biznes və mallar üçün yeni bazarların açılması, yerli bazarlara xammal, vacib minerallar və nadir torpaq metallarının tədarükü üçün ticarət əlaqəsinin təmin edilməsi, geosiyasi dəyişikliklərdən asılı olmayaraq insanların və malların hərəkətinin təmin edilməsi ilə Amerika, Avropa və Asiya arasında ticarət marşrutlarının sayının artması şəklində fayda əldə edəcək.
Eyni zamanda Ermənistan ixtisaslaşmış kadrlar üçün iş yerlərinin, beynəlxalq şirkətlərlə tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərən birgə müəssisələrin açılması, Ermənistanın biznes potensialının və texnologiya transferinin inkişaf etdirilməsi və regiona yenidən investisiya qoyulması şəklində fayda qazanacaq.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampla Vaşinqtonda keçirilən üçtərəfli görüşdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sülh yolu nizamlanma və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılması haqqında birgə bəyannamə imzalayıblar. Bu layihə "Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu" (TRIPP) adlandırılıb./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 14 Yanvar 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















