Rubio razılaşma üçün çox yol qət etmək lazım olduğunu bildirib
Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ administrasiyası Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə razılaşmanın əldə edilməsi ərəfəsində deyil, sazişə qədər hələ uzun yol qət etmək lazımdır, lakin müəyyən irəliləyiş əldə edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ABC News" telekanalına müsahibəsində ABŞ dövlət katibi Marko Rubio bildirib.
"Biz potensial razılaşma sahələrini müəyyən etmək mənasında irəliləyiş əldə etmişik, lakin bəzi ciddi fikir ayrılıqları qalır. Beləliklə, hələ uzun yol qət etməliyik. Mən demək istəyirəm ki, biz sülh sazişinin astanasında deyilik. Lakin mən, həqiqətən, hesab edirəm ki, irəliləyiş əldə edilib", - deyə ABŞ dövlət katibi bildirib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Putin rəsmi Kiyevdən Donbass üzərində nəzarəti Moskvaya verməsini və atəşkəs olmadan sülh sazişi bağlamasını tələb edib. Ukrayna Preizdenti Volodimir Zelenski Ukraynanın hər hansı bir ərazisinin verilməsi məsələsinin müzakirə edilməyəcəyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 17 Avqust 2025 18:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















