Rubio: Rusiyanın əleyhinə səs vermək müharibənin dayandırılması üzrə danışıqlara ziddir
Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ BMT-nin Rusiyanı Ukraynadakı təcavüzkar müharibəsinə görə qınayan qətnamənin əleyhinə səs verib.
Reyting.az-ın məlumatına görə, bu məsələyə aydınlıq gətirən ABŞ dövlət katibi Marko Rubio deyib ki, belə bir vaxtda Rusiyanın əleyhinə səs vermək “antaqonist”dir və müharibənin dayandırılması üzrə danışıqlara ziddir.
“Birləşmiş Ştatlar hesab edir ki, əgər BMT 21-ci əsrdə faydalı olmaq istəyirsə, nizamnamə missiyasına, yəni "müharibələrin və münaqişələrin qarşısını almaq və onlara son qoymaq" olan nizamnamə missiyasına qayıtmalıdır”, - M. Rubio əlavə edib.
"Prezident Tramp bu müharibəni bitirmək istəyir. O, hesab edir ki, həddən artıq çox insan həlak olub və müharibəni dayandırmaq lazımdır. Açığı, biz hiss etdik ki, BMT-də tərəflərdən birinə qarşı nəsə antaqonist bir şeyin olmasına dəyməz. Biz bu adamları danışıqlar masasına oturtmağa çalışırıq", - ABŞ dövlət katibi deyib.
Qeyd edək ki, dünən BMT Baş Assambleyasında Ukrayna münaqişəsi ilə bağlı Rusiya əleyhinə qətnamə layihəsinə 93 ölkə dəstək verib. ABŞ, İsrail və Macarıstan da daxil olmaqla 18 dövlət layihənin əleyhinə olub, 65 ölkə isə bitərəf qalıb.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:ABŞ ilk dəfə olaraq BMT də Rusiyanın əleyhinə səs vermədi
15 Noyabr 2025 00:55
Lukaşenko: Müxalifət hamının əleyhinə səs vermək çağırışı edib
03 Yanvar 2025 14:00
Rəfail Becanov: “Əli Kərimli Rusiyanın əleyhinə danışmaqla...”
05 Avqust 2025 13:10
Rubio: Rusiyanın mövqeyi Ukrayna üzrə tənzimləmə planının ayrılmaz hissəsidir
24 Noyabr 2025 08:57
Yaqub Eyyubovu “deep fake”lə Rusiyanın əleyhinə qaldırdılar
21 İyul 2025 18:07
Baxış sayı:65
Bu xəbər 25 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















