Rusiyanın Azərbaycan əleyhinə qalmaqallı verilişi Youtube dan silindi
Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Rusiyalı siyasi şərhçi Semyon Uralovun “Чистота понимания” proqramının 14 iyul və 13 avqust 2026-cı il tarixli buraxılışları rəsmi “YouTube” kanalından və “VKontakte” sosial şəbəkəsindən silinib.
Yayımlanan verilişdə Semyon Uralovla yanaşı Aleksey Çadayev və İvan Knyazev də iştirak edib.
Verilişin silinməsi 2026-cı ilin avqustunda iştirakçılarla bağlı Azərbaycanda başlanmış cinayət işi fonunda baş verib.
Azərbaycanın Baş Prokurorluğu hər üç şəxs barəsində cinayət işi açıb. Onlar terrorçuluğa açıq çağırışlar etməkdə, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına və konstitusiya quruluşunun devrilməsinə çağırışlarda ittiham olunublar.
Bundan sonra həmin şəxslərin beynəlxalq axtarışa verildiyi bildirilib.
Beləliklə, iyulun 14-də yayımlanan və Azərbaycanla bağlı müzakirələrin yer aldığı verilişin videoyazısı əsas media platformalarından yoxa çıxıb. Hazırda proqramın tam versiyasının Uralovun rəsmi “YouTube” kanalında və “VKontakte” səhifəsində əlçatan olmadığı bildirilir.
Qeyd edək ki, verilişin silinməsi ilə bağlı platformaların və proqram müəlliflərinin ayrıca rəsmi açıqlaması təqdim olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 18 Avqust 2026 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















