Rubio və Kelloqdan Putinlə bağlı Trampa tövsiyə
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Trampın bir neçə yüksəkrütbəli köməkçisi ona Moskvanın Ukrayna ilə sülh istəyinə skeptik yanaşmağı məsləhət görürlər. Onların sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin hələ də döyüş əməliyyatlarının dayandırılmasına həqiqi maraq göstərməyib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Wall Street Journal" ABŞ Administrasiyasındakı mənbələrə istinadən bildirib.
Nəşrin həmsöhbətləri vurğulayıblar ki, aralarında dövlət katibi Marko Rubio və Ukrayna üzrə xüsusi nümayəndə Kit Kelloq daxil olan qrup, Rusiya prezidenti ilə münasibətlərdə daha ehtiyatlı olmağı və Moskvanın Kiyevdən ərazi güzəştləri tələblərinə qarşı daha sərt mövqe tutmağı tövsiyə edib.
Lakin ABŞ prezidenti əvvəlki kimi Vladimir Putinin sülh istədiyini hesab edən xüsusi nümayəndə Stiv Uitkoffu dəstəkləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Aprel 2025 11:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















