Lukaşenko Putinlə görüşündən əvvəl Trampa tövsiyə verib
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ dövlət başçısı Donald Trampa rusiyalı həmkarı Vladimir Putinlə Alyaskada ikitərəfli görüşündən əvvəl bəzi tövsiyələr verib.
Bakıvaxtı.az xəbər verir ki, Belarus rəhbəri bu barədə "Le Point" nəşrinə verdiyi müsahibədə danışıb.
Siyasətçinin sözlərinə görə, o, ABŞ liderinə necə davranmalı olduğunu izah edib:
"Onlar artıq danışıqlar aparsalar da, mən öz məsləhətimi verdim. Dedim ki, Donald, Putinə təzyiq göstərmə, bunun heç bir xeyri yoxdur, Putin Amerika Birləşmiş Ştatlarının nə olduğunu yaxşı dərk edir".
Lukaşenko əlavə edib ki, Trampla genişmiqyaslı söhbət zamanı təkcə Ukrayna böhranının həlli yolları deyil, ABŞ - Çin münasibətləri də müzakirə olunub.
Qeyd edək ki, 2025-ci ilin 15 avqustunda Alyaska ştatının Ankoric şəhərində yerləşən Elmendorf-Riçardson hərbi bazasında Putin və Tramp arasında görüş keçirilib. ABŞ prezidentini bu görüşdə dövlət katibi Marko Rubio və xüsusi elçi Stiv Uitkoff, Rusiya rəhbərini isə xarici işlər naziri Sergey Lavrov və prezidentin beynəlxalq məsələlər üzrə müşaviri Yuri Uşakov müşayiət ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 25 Noyabr 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















