Icma.az
close
up
RU
Rubiodan Bakı və İrəvana TƏBRİK: Cəsarət və uzaqgörənlik nümayiş etdirdiniz!

Rubiodan Bakı və İrəvana TƏBRİK: Cəsarət və uzaqgörənlik nümayiş etdirdiniz!

Icma.az, Bizim media saytına istinadən bildirir.

Sülh Birləşmiş Ştatlar, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açıb.
Bizim.Media xəbər verir ki, bu ifadələr 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını təmin etmiş Sülh Sammitinin birinci ildönümü ilə bağlı ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:
Vaşinqtondan başlayan yeni mərhələ: Azərbaycanın diplomatik uğurunun BİR İLİ


Bir il əvvəl ABŞ Prezidenti Donald Tampın Azərbaycan və Ermənistan arasında sülhü təmin etdiyini bildirən Rubio iki ölkə arasında imzalanan bəyannamənin Cənubi Qafqazda onilliklər boyu davam edən münaqişəyə son qoyduğunu və "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu"nun (TRIPP) başlanğıcı olduğunu qeyd edib.
"Ötən on iki ay ərzində Birləşmiş Ştatlar bu vədi tərəqqiyə çevirmək üçün Ermənistan və Azərbaycanla çiyin-çiyinə işləyib. Dəmir yollarını, avtomobil yollarını, enerji və rəqəmsal infrastrukturu müasirləşdirəcək multimodal tranzit marşrutu olan TRIPP Ermənistanda dəmir yolu üçün mühəndislik axtarışlarının artıq davam etməsi və Azərbaycanın Ermənistanla birləşəcək avtomobil və dəmir yolunun tikintisini yekunlaşdırmaq ərəfəsində olması ilə reallığa çevrilmək üzrədir", - bəyanatda vurğulanıb.
O, sülhün ABŞ, Ermənistan və Azərbaycan arasında hər üç ölkənin iqtisadi rifahına töhfə verəcək gücləndirilmiş əlaqələrə qapı açdığını bildirib.
 

Rubio həmçinin Orta Dəhliz boyunca özəl sektorun investisiyalarını stimullaşdırmaq üçün ABŞ hökumətinin 201 milyon dollarlıq maliyyəsi ilə kapitallaşan Trans-Xəzər Müəssisə Fondunun fəaliyyətə başladığını açıqlayıb:


"Bu tərəqqi sadə bir həqiqəti əks etdirir: sülh və rifah bir-birini gücləndirir. TRIPP sadəcə bir infrastruktur layihəsindən daha çox - Trans-Xəzər Ticarət Marşrutunda həyati vacib bir həlqə, Birləşmiş Ştatlar və digərləri üçün kommersiya imkanlarının hərəkətverici qüvvəsi və uzunmüddətli mübahisələrin həllindən sonra iqtisadi əməkdaşlığın sülhü necə möhkəmləndirə biləcəyinə dair bir modeldir.
Ermənistan və Azərbaycan bu təməl üzərində irəlilədikcə Birləşmiş Ştatlar onlarla işləməyə tam sadiq qalır. Biz hər iki ölkəni son bir il ərzində nümayiş etdirdikləri cəsarət və uzaqgörənliyə görə təbrik edir və Cənubi Qafqazda möhkəm, davamlı sülh istiqamətində irəliləyişlərin davam etməsini səbirsizliklə gözləyirik".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 08 Avqust 2026 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see470

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see425

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see379

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see373

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see348

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see342

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see332

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see332

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see328

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see324

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see309

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see301

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see282

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see282

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see269

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see268

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see266

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see256

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see239

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri